DOI: https://doi.org/10.36719/2706-6185/51/89-93
Mehriban Hacızadə
Azərbaycan Dillər Universiteti
https://orcid.org/0009-0006-9476-3157
mehribanhacizade7@gmail.com
Video oyunları diskursunda ingilis dilinə xas dil xüsusiyyətləri
Xülasə
Bu məqalədə video oyun diskursunda istifadə olunan ingilis dilinin əsas dil xüsusiyyətləri araşdırılır. Tədqiqat çərçivəsində video oyunların multimodal quruluşu, qeyri-rəsmi ünsiyyət formaları, qrammatik və leksik xüsusiyyətlər, anglisizmlərin istifadəsi, dilin sadələşdirilməsi və procedural ritorika kimi elementlər təhlil olunur. Məqalə həmçinin oyun təlimatları və interfeys dillərinin diskurs baxımından incələnməsinə yer verir. İngilis dilinin bu diskursda “lingua franca” rolunu oynaması və lokalizasiya zamanı ortaya çıxan leksik çətinliklər xüsusi vurğulanır. Aparılan təhlillər göstərir ki, video oyun diskursu dilin dinamik, adaptiv və mədəniyyətdən asılı olan istifadə formalarını əks etdirir. Bu sahədə gələcək tədqiqatlar dil, texnologiya və mədəniyyətin kəsişməsində daha dərin anlayışlar təqdim edə bilər.
Açar sözlər: internet etikası (netiket), kod dəyişməsi, sinxron və asinxron ünsiyyət, diskurs markerləri, növbə ilə danışma strategiyaları, qısaltmalar və abreviaturalar (məsələn, GG, AFK, OP)