Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/122/9-15

Ellada Mirişova

Azərbaycan Dillər Univeristeti

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0000-5716-0871

elladamirishova4@gmail.com

 

Virtual reallıq texnologiyalarının tədris prosesində tətbiqi

 

Xülasə

 

Bu məqalənin əsas məqsədi virtual reallıq (VR) texnologiyalarının tədris prosesində tətbiq imkanlarını, onların öyrənmə nəticələrinə təsirini və pedaqoji üstünlüklərini araşdırmaqdır. Araşdırmada təhsil sahəsində texnoloji innovasiyaların inkişaf tendensiyaları nəzərdən keçirilmiş, mövcud elmi mənbələr əsasında analitik yanaşma tətbiq edilmişdir. Təhlillər göstərir ki, virtual reallıq texnologiyaları şagird və tələbələrin öyrənmə prosesinə motivasiyasını artırır, çətin anlaşılan mövzuların vizual və interaktiv şəkildə mənimsənilməsinə imkan yaradır və təcrübə əsasında öyrənmə modelini gücləndirir. Xüsusilə tibb, mühəndislik, təbiət elmləri və texniki fənlərdə VR vasitələrinin istifadəsi tədris keyfiyyətinə nəzərəçarpacaq dərəcədə müsbət təsir göstərmişdir. Bununla yanaşı, texniki və maliyyə məhdudiyyətlərinin mövcudluğu, müəllimlərin VR vasitələrindən istifadə bacarıqlarının yetərincə inkişaf etməməsi kimi problemlər də müşahidə olunmaqdadır. Nəticə etibarilə, VR texnologiyalarının tədris prosesinə uğurlu inteqrasiyası üçün pedaqoji yanaşmaların təkmilləşdirilməsi, müəllimlərin rəqəmsal bacarıqlarının artırılması və təhsil müəssisələrində texniki təminatın yaxşılaşdırılması zəruri hesab olunur.

Açar sözlər: virtual reallıq, tədris prosesi, innovativ texnologiyalar, interaktiv öyrənmə, pedaqoji yanaşmalar, təhsil innovasiyaları


Baxış: 312