Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/105-113

Nurşərəf Tağıyeva

Bakı Dövlət Universiteti

doktorant

nurseref.yahyazade@gmail.com

https://orcid.org/0000-0001-8464-3940

 

VR və AR texnologiyaların mediada istifadəsi və Azərbaycan internet mediasında mövcud vəziyyətin təhlili

 

Xülasə

Müasir dövrdə medianın inkişafına, jurnalist fəaliyyətinin asanlaşmasına, eləcə də auditoriya marağının toplanmasına təsir edən başlıca amillərdən biri texnoloji yeniliklərin tətbiq olunmasıdır. Bu yeniliklərin tətbiq olunması həm hazırlanmış materiala, həm də jurnalistə müəyyən imkanlar yarada bilər. Belə ki, texnoloji yeniliklərdən istifadə edərək hazırlanmış materiallar həm daha sürətli ərsəyə gəldiyi üçün vaxta qənaət etməyə, həm də fərqli baxış bucağı yaratdığı üçün maraq oyat­mağa imkan verir. Buna nümunə olaraq, chat gpt, VR və AR, eləcə də digər süni intellekt məh­sul­larını qeyd edə bilərik. Məsələn, VR və AR texnologiyaları ilə hazırlanmış materialların daha ma­raqlı, fərqli və canlı olmasına şərait yaradır.      

Bəzən isə bu cür texnologiyaların istifadəsi çalışanlara yuxarıda qeyd etdiyimiz imkanları ya­ratmaqla yanaşı, jurnalistikanın özünə də fərqli anlayışlar gətirir, yeni janrın və ya formatın ya­ranmasına səbəb olur.

Dünya media sisteminin bir hissəsi olan Azərbaycan mediasında da qeyd olunan bu trendlərin istifadəsi maraq doğurur. Bu texnoloji yeniliklərin fəaliyyətdə istifadəsinin nə dərəcədə populyar olması, media mənsublarının bu texnoloji trendlərdən istifadə bacarığı, tətbiq olunan yeniliklərin faydalılıq dərəcəsini araşdırmaq məqalənin əsas məzmununu təşkil edir. Eləcə də, Azərbaycan üçün yeni olan, ümumilikdə isə çox geniş yayılmamış olan immersiv jurnalistika terminin formalaşması və bu gün Azərbaycandakı vəziyyəti də məqalədə işıqlandırılan məsələlər sırasındadır.

Beləliklə, bu məqalədə günümüzün texnoloji trendi olan VR və AR texnologiyalarının isti­fadəsindən, immersiv jurnalistika anlayışının yaranmasındakı rolundan və bu formatın inki­şafından, eləcə də qeyd olunan yeniliklərin Azərbaycan mediasındakı tətbiqindəki problemlərdən və bu prob­lemlərin səbəblərindən bəhs edəcəyik.

Açar sözlər: VR, AR, süni intellekt, immersiv, jurnalistika, chat gpt


Baxış: 77