Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/48/7-19

Zəhra Allahverdiyeva

Azərbaycan Milli Elmlər Akademiyası

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0002-8697-0395

zahra.allahverdiyeva@mail.ru

 

Xacu Kirmaninin fəlsəfi-didaktik görüşləri

 

Xülasə

 

Dahi Azərbaycan şairi  Nizami Gəncəvinin “Xəmsə” ənənəsi üzrə mövzu, ideya, struktur və üslub problemlərinin araşdırılması  geniş elmi müqayisələrə yol açan mürəkkəb bir məsələdir. Onu da qeyd etmək lazımdır ki orta əsrlər ədəbiyyatında “Xəmsə” ənənəsinin inkişafını hər bir dövrün yeni tələbləri və ayrı-ayrı xalqların mədəniyyətinin inkişafı kontekstində araşdırılması vacibdir. Nizami ardıcıllarının özlərinin də etiraf etdiyi kimi,  “Nizaminin çəkdiyi səddi aşıb keçmək” çətin bir məsələ idi. Bu səbəbdən, yenilik etmək, mövzu və struktura  orijinallıqları daxil etmək üçün  bir çox nəhəng istedad sahiblərinə  mühüm çalışmalar lazım gəlmişdir. 

Nizami Gəncəvinin “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) poemasına cavab olaraq yazılmız Xacu Kirmaninin “Rövzətül-ənvar”(“Nurlar bağçası”) əsəri öz əhəmiyyəti ilə diqqəti cəlb edir. Nizami tərəfindən qoyulmuş bir sıra mühüm humanist fəlsəfi-əxlaqi  ideyalar XIV əsrdə Xacu Kirmani tərəfindən yenidən ədəbiyyatın aktual məsələsinə çevrilərək sufi-modernist formada ifadə olunmuşdur.

Açar sözlər: Nizami Gəncəvi, Xacu Kirmani, Rövzətül-ənvar, fəlsəfə


Baxış: 25