https://doi.org/10.36719/2789-6919/41/30-34
Könül Qurbanova
Azərbaycan İdman Akademiyası
https://orcid.org/0000-0002-7991-6905
konul.gurbanova@sport.edu.az
Xarici dilin öyrənilməsi zamanı yaranan çətinliklərin psixoloji və koqnitiv aspektlərdən təhlili
Xülasə
Xarici dilin mənimsənilməsi bir çox aspektləri əhatə edən çoxşaxəli və bir o qədər də mürəkkəb bir prosesdir. Bu proses zamanı təbii hal kimi hədəf dilin fonetikası, lüğət və qrammatikasını mənimsəməkdə və eyni zamanda kommunikativ dil normalarına uyğunlaşmaqda bir sıra problemlər yaranır. Bu məqalədə meydana çıxan həmin çətinliklərin araşdırılması və onların koqnitiv və psixoloji cəhətdən təhlili məsələləri yer almışdır. Koqnitiv aspektdən yaş, yaddaş və idrak məsələləri, fonoloji məsələlər, ana dilinin müdaxiləsi və bu zaman ortaya çıxan qrammatik və leksik fərqliliklər nəzərdən keçirilmişdir. Psixoloji nöqteyi-nəzərdən problem motivasiya və bir sıra digər emosional vəziyyətlərin təhlil edilməsilə araşdırılmışdır.
Belə qənaətə gəlmək olar ki, yeni xarici dilin mənimsənilməsi zamanı uğursuzluqların səbəbini motivasiyanın və özünəinamın olmaması, ana dilindən nisbətən çox istifadə halları, daxili narahatlıq, qorxu, stress, səhvlərə verilən rəylərin tənqid kimi qəbul edilməsi, şəxsiyyət və mədəniyyət faktorları, sosial təzyiq və s. kimi məsələlərdə axtramaq lazımdır. Bu problemlərin effektiv şəkildə həll edilə bilməsi üçün isə öyrənənləri həvəsləndirməyi, öz narahatlıqlarını idarə etməyi öyrətməyi, daha yaradıcı və inklüziv təlim metodlarından istifadə edərək dəstəkləyici sosial və emosional mühiti yaratmaq lazımdır.
Açar sözlər: xarici dil, çətinliklər, koqnitiv, psixoloji, motivasiya