Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/108-111

Aysel İbrahimova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0009-7321-7159

aysel-ibrahimova2015@mail.ru

 

Xarici dilin tədrisində yeni sözlərin öyrənilməsi zamanı şifahi xalq ədəbiyyatından istifadə və onların motivasiyaya təsiri

 

Xülasə

 

İnsan həyatında motivasiyanın əhəmiyyətli rolu vardır. Arzulamaq və bu arzuları reallaşdıran zaman səy göstərmək üçün önəmli faktor - motivasiyadır. Motivasiya məna, məqsəd və yaşamağa doğru səy göstərməyə davam etmək istəyidir. Eyni zamanda motivasiya məqsədyönlü davranışları başladan, istiqamət verən, davam etdirən prosesdir. Bu, istər kitab oxumaq olsun, istərsə də gündəlik həyatda edilən hər hansı bir hərəkət. İnsan orqanizmi nəyə ehtiyac duyarsa, həmin istək yerinə yetirilir. Yəni orqanizm ehtiyac duyduğu istəkləri yerinə yetirdiyi zaman motivasiya yaranır.

Motivasiya davranışı aktivləşdirən emosional, sosial, bioloji və koqnitiv qüvvələri əhatə edir və insan davranışının hərəkətverici qüvvəsidir. Gündəlik həyatda "motivasiya" termini bir insanın hər hansısa bir işi niyə etdiyini təsvir etmək üçün istifadə edilir.

Xarici dil dərslərində də yeni dərsin izahı zamanı motivasiya olaraq şifahi xalq ədəbiyyatından geniş istifadə olunur. Lakin ilkin mərhələdə müəllim əfsanə, tapmaca, nağıl və yanıltmacları tədris edərkən onlar haqqında qısa məlumat verməlidir. Onların şifahi xalq ədəbiyyatının məhsulu olduğunu, və onların yaranması zamanı arxasında duran tarixçəni qısa olaraq izah etməlidir.

Açar sözlər: müəllim, şagird, motivasiya, nağıl, tapmaca


Baxış: 368