DOI: https://doi.org/10.36719/2706-6185/48/144-148
Fidan Əliyeva
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0008-1055-752X
aliyeva.fidan.aydin.2023@unec.edu.az
Yaşıl dünya: davamlı inkşafın iqtisadi, sosial və ekoloji təsirləri
Xülasə
Bu məqalədə davamlı inkişaf anlayışının iqtisadi, sosial və ekoloji istiqamətləri qlobal və milli müstəvidə geniş şəkildə təhlil olunur. Son illərdə baş verən iqlimdə olan dəyişmələr, təbii sərvətlərin tükənməsi, sosial bərabərsizlik və ekoloji problemlər bu anlayışın əhəmiyyətini daha da artırır. Davamlı inkişaf konsepsiyası yalnız iqtisadi artımı deyil, eyni zamanda sosial ədalətin təmin olunması və ətraf mühitin mühafizəsini əsas prioritetlər kimi müəyyən edir.
Dayanıqlı inkişaf daha dayanıqlı dünyaya nail olmaq istəyən inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını ödəməyə çalışan yanaşma tərzidir. Davamlı inkişaf indiki və gələcək nəsillərin öz davamlı həyat tərzlərini qarşılamaq üçün təhlükə yaratmadan indiki anın ehtiyaclarını qarşılayır.
Tədqiqat çərçivəsində həm beynəlxalq səviyyədə reallaşdırılan təşəbbüslər – məsələn, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Paris Sazişi – həm də Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlər təhlil olunur. COP29-un Bakıda keçirilməsi, “yaşıl enerji” potensialının reallaşdırılması və Qarabağ ilə Şərqi Zəngəzurda tətbiq edilən layihələr ölkəmizin davamlı inkişafa verdiyi töhfənin göstəricisidir. Nəticə etibarilə, məqalədə həm dünya dövlətlərinin, həm də Azərbaycanın davamlı inkişaf məqsədlərinə nail olmaq üçün qəbul etdiyi strategiyalar və atdığı addımlar araşdırılır.
Açar sözlər: davamlı inkişaf, iqtisadi təsir, sosial rifah, ekoloji təhlükəsizlik, Azərbaycan, qlobal problemlər, COP29, yaşıl enerji