Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/52/73-76

Emiliya İgidova

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0009-2569-3951

emiliya1468@mail.ru

 

Yeniyetmələrdə psixi sağlamlığın qorunmasının effektiv yolları

 

Xülasə

 

Uşaqlarda və yeniyetmələrdə psixi sağlamlıq problemlərinin yüksək yayılması səbəbindən risk və qoruyucu amillər kimi psixi sağlamlıq məsələləri xüsusi əhəmiyyət kəsb edir və bu problemlər ictimai sağlamlıq baxımından da mühüm rol oynayır. Xəstəliklərin qarşısının alınmasında və müalicəsində, sağlamlığın etioloji və diaqnostik korrelyasiyasının müəyyən edilməsində, deviant davranışların aradan qaldırılmasında psixi sağlamlıq məsələləri olduqca vacibdir.

Bu tədqiqat potensial risk və qoruyucu amillərin tezliyi və paylanmasını, onların gənclərin psixi sağlamlığına təsirinin təhlilini təqdim edir. Tarix boyu psixi sağlamlığa yüzlərlə tərif verilmiş və onu meyarlarını müəyyənləşdirmək üçün çoxsaylı tədqiqatlar aparılmışdır. Uşaq və yeniyetmələrin psixi və ümumi sağlamlığına təsir edən müxtəlif amillərin öyrənilməsi dövrümüzün ən aktual problemlərindən biridir.

Bu gün uşaqların və yeniyetmələrin psixi sağlamlığına təsir edən amillərin hərtərəfli və dəqiq qiymətləndirilməsi müsbət dəyişikliklərə aparan ən uyğun yolun müəyyən edilməsinə, optimal metodların və effektiv müdaxilə üsullarının seçilməsinə, uşaqların və yeniyetmələrin psixi sağlamlığına təsir göstərən amillərin müəyyənləşməsi ilə düzgün yanaşmanın təmin edilməsinə kömək edir.

Açar sözlər: uşaq, yeniyetmə, psixi sağlamlıq, problem, tədqiqat

 

 


Baxış: 66