Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/52/49-53 

Şükufə Xankişiyeva

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kolleci

psixologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0008-8125-2838

shukufa.kh63@mail.ru

Məlahət Rəhimova

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində

Azərbaycan Dövlət Pedaqoji Kolleci

https://orcid.org/0009-0005-2118-2952

malahatrahimova@mail.ru

 

Yeniyetmələrin idrak fəaliyyətinin hərəkətverici

qüvvəsi kimi maraqlar

 

Xülasə

 

Yeniyetmələrin idrak fəallığının əsasında duran ən mühüm amillərdən biri maraqlardır. Maraqların inkişaf dinamikası çoxsaylı amillərdən asılıdır. Bu amillər həm psixoloji, həm pedaqoji, həm də sosial mənşəli olub təlim fəaliyyətində üzə çıxır. Məqalədə yeniyetmə maraqlarının bu xüsusiyyətlərindən və onların inkişaf şərtlərindən bəhs olunur.

Yeniyetmələrin idrak fəaliyyəti onların iştirakçısı olduqları tədris prosesində qurulur. Tədris pro-sesindəki fəallıq şagirdlərin fənnə, müəllimə, bütövlükdə təlim situasiyasına marağı ilə şərtlənir. Təlim maraqları son nəticədə özünü idrak motivasiyasında və idrak maraqlarında göstərir.

Uşaqlıq və yeniyetməlik dövründə maraqların formalaşması problemləri bir çox tədqiqatlarda öyrənilmişdir. Hazırda yeniyetmənin maraqları daha geniş mənada – yeniyetmənin sosiallaşmasının və şəxsiyyətinin formalaşmasının vacib tərəfləri kimi öyrənilir.

Açar sözlər: idrak, uşaqlıq dövrü, yeniyetmələrin maraqları, tədris prosesi, fəallıq

 

 


Baxış: 19