Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/57/174-179 

Şükür Nəsirov

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-6421-7549

shukur.nasirov@asoiu.edu.az 

Cəmalə Məmmədova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

texnika üzrə fəlsəfə doktoru

https://orcid.org/0000-0001-5147-2233

cemile_adna@mail.ru


Yüksək parametrli energetik blokların inkişaf istiqamətlərinin tədqiqi

 

Xülasə

 

Məqalədə müasir elektroenergetikada buxar-turbinli istilik elektrik stansiyalarının (İES) aparıcı rol oynaması şəraitində onların energetik səmərəliliyinin artırılmasının elmi-texniki yanaşmaları araşdırılmışdır. Qeyd olunur ki, dünya üzrə elektrik enerjisi istehsalının təqribən 65%-i, Azərbaycanda isə elektrik enerjisi istehsalının təxminən 90%-i istilik elektrik stansiyalarının payına düşür ki, bu da yanacaq-enerji resurslarından səmərəli istifadənin təmin edilməsini və ətraf mühitə təsirin azaldılmasını mühüm və aktual vəzifəyə çevirir. Buxar-turbin qurğularında istifadə olunan əsas texnoloji avadanlıqlar yüksək texniki yetkinlik səviyyəsinə çatmış olsa da, texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması üçün əsas ehtiyat mənbəyinin buxarın başlanğıc parametrlərinin, yəni təzyiqinin və temperaturunun artırılması olduğu əsaslandırılır.

Tədqiqatda superkritik və ultrasuperkritik buxar parametrləri ilə işləyən enerji bloklarının inkişaf mərhələləri, onların termodinamik üstünlükləri və istismar göstəriciləri təhlil edilmişdir. Alınan nəticələr göstərir ki, buxarın yüksəldilmiş parametrləri turbində istilik düşküsünün və çıxış gücünün artmasına, enerji blokunun və bütövlükdə stansiyanın faydalı iş əmsalının yüksəlməsinə, həmçinin, yanacağın xüsusi sərfinin azalmasına səbəb olur. Faydalı iş əmsalının artması atmosferə atılan CO₂, NOx, SOx və digər zərərli tullantıların əhəmiyyətli dərəcədə azalmasına da şərait yaradır.

Bundan əlavə, məqalədə ultrasuperkritik texnologiyalarda tətbiq olunan müasir ferrit və martensit sinifli P91 və P92 poladlarının mexaniki möhkəmliyi, istiliyədavamlılığı və uzunmüddətli istismar xüsusiyyətləri araşdırılmışdır. Qeyd olunur ki, qabaqcıl materiallardan istifadə kapital xərclərinin artmasına səbəb olsa da, yanacağa qənaət və energetik səmərəliliyin yüksəldilməsi hesabına bu xərclər təxminən 3–4 il ərzində ödənilir.

Açar sözlər: buxar-qaz qurğusu, istilik sxemi, iş rejimi, kritik, superkritik, qaz turbini, buxar turbini, utilizasiya qazan, enerji bloku, səmərəlilik

 


Baxış: 9