Zəngəzur dəhlizinin reallaşmasının Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin inkişafında rolu
Xülasə. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın beynəlxalq ticarət əlaqələrinin inkişafında mühüm strateji rol oynayır. Bu dəhliz Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazilərini birbaşa birləşdirərək regionda maneəsiz nəqliyyat və logistika marşrutu təmin edir. Layihənin həyata keçirilməsi nəqliyyat xərclərini təxminən 30%, çatdırılma və tranzit müddətini isə 50% azaltmaqla ticarətin səmərəliliyini artıracaq. Bunun nəticəsində Azərbaycanın ixrac imkanları genişlənir, beynəlxalq bazarlara çıxış sürətlənir və yeni ticarət əlaqələri formalaşır.
Zəngəzur dəhlizi həmçinin Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə mövqeyini gücləndirərək ölkənin beynəlxalq ticarət sisteminə inteqrasiyasını sürətləndirir. Dəhliz Qərbdən Asiyaya, Mərkəzi Asiya və Cənubi Qafqaza birləşməklə regional əməkdaşlıq və investisiya imkanlarını artırır, yeni ticarət yollarının formalaşmasına şərait yaradır. Bu isə yalnız neft və qaz ixracına deyil, eyni zamanda qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatın şaxələndirilməsinə töhfə verir.
Eyni zamanda, Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq ticarət şəbəkələrində daha aktiv iştirakını təmin edərək ölkəni qlobal bazarda strateji oyunçuya çevirir. Dəhliz üzərindən daşınacaq yüklərin həcminin artması tranzit gəlirlərini yüksəldir, multimodal nəqliyyat və rəqəmsal logistika sistemləri vasitəsilə əməliyyatların şəffaflığını və sürətini artırır. Bu, həm də regionda yeni iş yerlərinin yaradılmasına və sosial-iqtisadi yüksəlişə təkan verir.
Açar sözlər: Zəngəzur, ticarət, tranzit, transxəzər, logistika, nəqliyyat