Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
DOI: https://doi.org/10.36719/2707-1146/31/28-33

Rəfiqə Nağıyeva

Bakı Dövlət Universiteti 

magistrant 

refiqeqocayeva93@mail.ru

Aygün Qasımova

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

Mikrobiologiya İnstitutu 

biologiya üzrə fəlsəfə doktoru

refiqeqocayeva93@mail.ru


QUBA-XAÇMAZ RAYONU TORPAQLARININ MİKROBİOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ


Xülasə

Müasir dövrdə kənd təsərrüfatı istehsalının intensiv inkişafı torpaqlara antropogen təsirin artması ilə nəticələnmişdir. Tədqiqatın əsas məqsədi intensiv antropogen təsir altında olan Quba-Xaçmaz rayonunun torpaqlarının mikrobioloji göstəricilərinə əsasən bioloji aktivliyi və bioekoloji vəziyyətinin qiymətləndirilməsindən ibarətdir. Aqrosenozlarda istifadə edilən üzvi və qeyri-üzvi gübrələrin təsirindən mikroorqanizmlərin sayının və ekolotrofik qruplarının nisbətinin dəyişməsi müşahidə olunur. Müхtəlif gübrələmə sistemlərinin tətbiqi öyrənilən torpaq nümunələrində bakteriyaların inkişafına stimuləedici təsir etməklə onların biogenliyini artırdığı aşkar edildi. Torpaqda mikroorqanizmlərin sayının artması aqrofitosenozun vəziyyətinə, torpağın münbitliyinə müsbət təsir göstərsə də nitrifikasiya edən bakteriyaların sayının artması torpaqda, bitkilərdə nitratların toplanmasına, həmçinin də yeraltı suların çirklənməsinə səbəb olur.

Açar sözlər: aqroekosistemlər, gübrə və pestisidlər, Quba-Xaçmaz, mikroorqanizmlər, antropogen təsir, tədqiqat


Rafiga Naghiyeva

Baku State University

master student

refiqegocayeva93@mail.ru

Aygun Gasimova

Institute of Microbiology

Ministry of Science and Education of the Republic of Azerbaijan

Ph.D in Biology

refiqegocayeva93@mail.ru


Microbiological assessment of soils of Guba-Khachmaz district


Abstract

In modern times, the intensive development of agricultural production has led to an increase in anthropogenic load on the soil. The main purpose of the research is to evaluate the biological activity and bioecological condition of the soil of the Guba-Khachmaz region, which is under intensive anthropogenic influence, according to microbiological indicators. Changes in the number of microorganisms and the ratio of ecological-trophic groups are observed due to the action of organic and inorganic fertilizers used in agrocenoses. It is established that the application of various fertilization systems increases the biogenicity of the studied soil samples due to the stimulation of the development of bacteria. Although the increase in the number of microorganisms in the soil has a positive effect on the state of agrophytocenosis and soil fertility, the increase in the number of nitrifying bacteria causes the accumulation of nitrates in the soil and plants, as well as groundwater pollution.

Keywords: agroecosystems, fertilizers and pesticides, Guba-Khachmaz, microorganisms, anthropogenic impact, research


Baxış: 368