Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019

DOI: https://doi.org/10.36719/2707-1146/39/66-72

Vüqar Bəşirov

Azərbaycan Dövlət Aqrar Universiteti

aqrar elmlər üzrə fəlsəfə doktoru

vugar.bashirov@gmail.com 

Gülnarə Abbasova

Azərbaycan Dövlət Aqrar Universiteti

abbasovag13@gmail.com 


TİRƏYƏ SƏPİN ÜSULU VƏ MULÇALAMA TEXNOLOGİYASININ 

QARĞIDALI BİTKİSİNİN MƏHSULDARLIĞINA VƏ MƏHSULUN 

QURULUŞ ELEMENTLƏRİNƏ TƏSİRİ


Xülasə

Qarğıdalının məhsuldarlığına iqlim dəyişikliyi fonunda bəzi stress faktorları (temperaturun artıqlığı və nəmlik çatışmazlığı) neqativ təsir göstərir. Məqalədə qlobal istiləşmə fonunda qarğıdalı bitkisinin ekstremal şəraitə dözümlülüyünü artıran və məhsuldarlığa müsbət təsir göstərən adaptiv texnologiya ilə becərilməsindən bəhs edilir. Temperatur və nəmlik stressinin qarğıdalının məhsuldarlığına təsirinin azaldılması üçün tarla təcrübələri Samux rayonunda boz-qəhvəyi torpaqlar şəraitində aparılmışdır. Nəticələrdən məlum olub ki, qarğıdalını səpinini tirələrdə daha erkən müddətdə (adi səpindən 10 gün əvvəl) aparmaq mümkün olur və bu da bitkinin temperatura həssas olan çiçək­ləmə - mayalanma fazalarının yayın isti və quraq iqliminə nisbətən az məruz qal­masına səbəb olur. Tirəyə səpində dənlik qarğıdalı nəzarət variantına nisbətən 15 gün daha tez yetişmişdir. Ən yüksək dən məhsulu (86,1 sent/ha) qarğıdalının tirəyə səpin variantında əldə edilmişdir. Qarğıdalının cərgə aralarının samanla mulçalanması torpaqdan suyun buxar­lan­ma­sı azaltmaqla nəmlik ehtiyatını qoruyub saxlayır.

Açar sözlər: qlobal istiləşmə, stress faktorlar, tirəyə səpin, mulçalama, qarğıdalı məhsuldarlığı


Vugar Bashirov

Azerbaijan State Agrarian University

PhD in agricultural sciences

vugar.bashirov@gmail.com

Gulnara Abbasova

Azerbaijan State Agrarian University

abbasovag13@gmail.com


Effect of raised bed planting and mulching technology on corn yield and yield components  


Abstract

Some stress factors (excess temperature and lack of moisture) have a negative effect on the corn yield in the existence of climate change. This article deals with the corn growing by using adaptive technology that increases crop’s tolerance to extreme climate conditions and has a positive effect on crop yield during global warming. In order to reduce the effect of temperature and moisture stress on the corn yield, field experiments were conducted in the conditions of gray-brown soils in Samukh district. The results showed that it is possible to sow corn 10 days earlier rather than usual sowing time and this causes the temperature-sensitive flowering-fertilization stages of the plant to be less exposed to the excessive mid-summer heat and drought. The grain yield of corn ripened 15 days earlier on the raised beds rather than ordinary planting. The highest grain yield (86,1 quintals per ha) was obtained in the raised bed planting method. Straw mulching of the corn inter-rows saves water in the soil by preventing surface evaporation.

Keywords: global warming, stress factors, raised bed, mulching, corn yield


Baxış: 241