DOI: https://doi.org/10.36719/2706-6185/35/120-124

Səid Məhəmmədli 

Bakı Dövlət Universiteti

magistrant

seid.mehemmedli822@gmail.com


VERGİ HÜQUQ MÜNASİBƏTLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ ZAMANI 

YOL VERİLƏN KORRUPSİYA HALLARI VƏ ONUNLA MÜBARİZƏ


Xülasə

Məqalədə, bütövlükdə, vergi cinayətlərinin törədilməsi zamanı yol verilən korrupsiya əməllə­rinin törədilməsinin və onların qarşısının alınmasının cinayət-hüquqi və kriminoloji üsullarının təhlilindən bəhs edilir. Belə ki, korrupsiya cinayətləri vəzifəli şəxslər tərəfindən törədilən cinayətlər olduğuna görə vergi hüquq münasibətlərinin iştirakçılarının digər bir subyekti vəzifəli şəxslər ola bildiyi üçün belə münasibətlər yaranarkən korrupsiya əməllərinin baş verməsi halları mümkündür. Odur ki belə ictimai təhlükəli əməlləri araşdırmaq və onlarla mübarizə üsullarını aşkara çıxarmaq zərurəti ortaya çıxır. Elə məqalədə də bu kimi məsələlərin araşdırılması və hərətəfəfli təhlil edilərək müəyyən nəticələrə gəlinməsi nəzərdə tutulmuşdur. 

Bundan əlavə, məqalədə vergi hüquq münasibətlərinin həyata keçirilməsi zamanı ortaya çıxa bilən mümkün korrupsiya cinayətləri ilə bağlı ədəbiyyatlarda müəlliflər tərəfindən səsləndirilən fikirlərə istinad edilməklə, adı çəkilən ictimai təhlükəli əməlin mahiyyət və məzmununa da aydınlıq gətirilir.

Açar sözlər: vergi, vergi hüquq münasibətləri, vergi cinayətləri, korrupsiya, vəzifəli şəxs, saxta sənədlər 


Said Mahammadli

Baku State University

master student

seid.mehemmedli822@gmail.com


Cases of Corruption in the Implementation of Tax Legal Relations 

and the Fight Against it


Abstract

The article, as a whole, deals with the analysis of the criminal-legal and criminological methods of the commission of corruption and their prevention during the commission of tax crimes. Thus, since corruption crimes are crimes committed by officials, the other subjects of the tax legal relations can be officials, so when such relations are formed, cases of corruption are possible. Therefore, there is a need to investigate such socially dangerous acts and to reveal methods of combating them. In the same article, it is planned to investigate such issues and arrive at certain conclusions by analyzing them in every way.

In addition, the article clarifies the nature and content of the mentioned socially dangerous act by referring to the opinions expressed by the authors in the literature regarding possible corruption crimes that may arise during the implementation of tax legal relations.

Keywords: tax, tax legal relations, tax crimes, corruption, official, forged documents

Baxış: 153