Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/103/9-14

Yeganə Məmmədova

 Azərbaycan Dövlət Pedaqoji Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

yeganememmedova.doc@gmail.com


MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ MÜTƏHƏRRİK OYUNLAR 

VƏ YAŞ QRUPLARINDA ONLARIN TƏŞKİLİ 


Xülasə 

Uşaqların hərtərəfli normal inkişafında mütəhərrik oyunların çox böyük əhəmiyyəti vardır. Buna görə də fiziki tərbiyə məşğələlərinin hamısına mütəhərrik oyunlar daxil edilməlidir. Xüsusən məktəbəqədər yaş dövründə oyun uşağı daha çox cəlb edir, onun əsas məşğuliyyəti olur. Oyun bu dövrdə tərbiyənin başlıca vasitəsidir. Oyun uşaqlara kollektivdə özünü necə aparmaq qaydasını öyrədir, öz şəxsi mənafeyini ümumi mənafeyə tabe etdirmək vərdişi aşılayır. Oyunlar uşaqlarda dərketmə qabiliyyətini yüksəldir, onları gündəlik əlaqədə olduğu canlılarla tanış edir. Oyun həmçinin tərbiyə vasitəsi olub, nitqin, zehnin inkişafına kömək edir, təşəbbüskarlığı yüksəldir, gümrah və çevik olmağa təsir göstərir. Mütəhərrik oyunların tədrisi prosesində uşaqlar bir çox fiziki hərəkətlər icra edirlər. Bu oyunlar uşaqlara şən əhvali-ruhiyyə, gümrahlıq və sevinc gətirir, onlarda cəldlik, qorxmazlıq, yaradıcılıq kimi keyfiyyətlər aşılayır.

Mütəhərrik oyunların xüsusiyyətlərinə görə, onlardan məşğələnin hazırlıq, əsas və tamamlayıcı hissələrində istifadə etmək olar. Fiziki tərbiyə məşğələsinin birinci hissəsinin məqsədi uşaqların orqanizmini ikinci hissə üçün hazırlamaqdır. Uşaqlarda məşğələyə maraq və həvəs oyatmaq əsas məsələlərdən biridir. Bu hissə üçün elə oyunlar seçib tətbiq etmək lazımdır ki, uşaqlarda yüksək əhvali-ruhiyyə və məşğələyə maraq oyansın.

Açar sözlər: uşaq bağçaları, kiçik, orta, böyük yaş qrupu, mütəhərrik oyunlar, məşğələlər, fiziki hərəkətlər


Yegana Mammadova

Azerbaijan State Pedagogical University

Doctor of Philosophy in Pedagogy

yeganememmedova.doc@gmail.com


Dynamic games in pre-school educational institutions and their organization 

in age groups


Abstract

Dynamic games are very important in the all-round normal development of children. Therefore, dynamic games should be included in all physical education exercises. Especially in the pre-school age, the game attracts the child more, it becomes his main occupation. The game is the main means of education in this period. The game teaches children how to behave in a team, inculcates the habit of subordinating their personal interests to the common good. Games increase children's understanding and introduce them to the creatures they interact with on a daily basis. The game is also a means of education, it helps in the development of speech and mind, it increases initiative, it has an effect on being cheerful and flexible. In the process of learning dynamic games, children perform many physical actions. These games bring cheerful mood, fun and joy to children, instill in them qualities such as quickness, fearlessness, and creativity.

Due to the characteristics of dynamic games, they can be used in the preparatory, main and supplementary parts of the training. The purpose of the first part of physical training is to prepare children's bodies for the second part. One of the main issues is to arouse children's interest and passion for exercise. For this part, it is necessary to choose and apply such games as to arouse children's high mood and interest in the exercise.

Keywords: kindergartens, small, medium, large age groups, timeless games, trainings, physical activities



​​​​
​​​​

Baxış: 296