Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/103/76-82

Elvin Nəcəfquluzadə

Azərbaycan Universiteti

magistrant

e07205489@gmail.com


AZƏRBAYCAN TURİZM SEKTORUNDA FRANÇAYZİNQ FƏALİYYƏTİNİN 

MÜASİR VƏZİYYƏTİ VƏ GƏLƏCƏK İMKANLARI


Xülasə

Hansısa bir bir şəxs və ya qrup yaşadığı yeri 1 gündən 6 aya qədər müddət ərzində yeni yerlər kəşf etmək, sağlamlığının qeydinə qalmaq, dünyagörüşünü artırmaq, əylənmək, idman yarışlarını izləmək və s. kimi məqsədlər üçün tərk edirsə, bu zaman o, və ya onlar turist olur. Hər hansısa bir bölgədə turizmin inkişafı üçün öncə siyasi və iqtisadi sabitlik olmalıdır. Bundan başqa, turistləri cəlb etmək üçün təbii amillərlə yanaşı, antropogen amillər də önəmlidir. Təbii amillərə ekoloji, təbii-coğrafi amillər daxildir. Antropogen amillər dedikdə isə tarixi abidələr, muzeylər, həmçinin əyləncə məkanları, kafe və restoranlar, mehmanxanalar və s. kimi turizm obyektləri nəzərdə tutulur. Məhz bu restoranların, kafelərin, mehmanxanaların, əyləncə məkanlarının bəziləri françayzinq müqaviləsi əsasında fəaliyyət göstərirlər. Françayzinq fəaliyyəti son dövrlərdə getdikcə daha geniş vüsət almışdır. Dünyada olduğu kimi, Azərbaycanda da geniş yayılmış olan françayzinq turizm sahəsində, yəni xidmət sektorunda ölkənin təcrübəsi olduqca məhduddur. 

Dünyadakı bir çox şirkətlərin ölkə ərazisində fəaliyyət göstərməsi turist axınına, şübhəsiz ki, müsbət təsir göstərir. Bu da, öz növbəsində, ölkənin və əhalinin gəlirlərinin artmasına və iqtisadi artıma gətirib çıxarır. Respublika turizm sahəsinin inkişaf etdirilməsində olduqca maraqlıdır. Hər nə qədər bu sahədə ciddi boşluqlar mövcud olsa da, dünya təcrübəsindən istifadə və onların tətbiqi vacibdir. Ölkədə françayzinq fəaliyyətinin inkişafı turizm sektorunu inkişaf etdirmək istəyən respublikanın diqqət mərkəzində olmalıdır.

Açar sözlər: turizm, françayzinq, kommersiya, biznes, müqavilə


Elvin Najafguluzade

Azerbaijan University

master student

e07205489@gmail.com


The modern state of franchising activity in the tourism sector of Azerbaijan 

and its future prospects


Abstract

If a person or group leaves their place of residence for a period of 1 day to 6 months for purposes such as discovering new places, taking care of their health, improving their outlook, having fun, watching sports competitions, etc., then he or they become a tourist. For the development of tourism in any region, there must be political and economic stability first. In addition, anthropogenic factors are important along with natural factors to attract tourists. Natural factors include ecological, natural-geographical factors. Anthropogenic factors mean historical monuments, museums, as well as tourist facilities such as entertainment venues, cafes and restaurants, hotels, etc. Some of these restaurants, cafes, hotels, and entertainment venues operate under franchise agreements. Franchising activity has become more and more widespread in recent times. The experience of the country in the field of franchising tourism, that is, in the service sector, which is widespread in Azerbaijan as well as in the world, is quite limited.

The fact that many companies from around the world operate in the country undoubtedly has a positive effect on the flow of tourists. This, in turn, leads to an increase in the country's and population's income and economic growth. The Republic is very interested in the development of tourism. Although there are serious gaps in this field, it is important to use world experience and apply them. The development of franchising activity in the country should be the focus of the Republic that wants to develop the tourism sector.

Keywords: tourism, franchise, commercial, business, contract

   

Baxış: 155