Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/108/193-197

Aygün Rəsulova 

Heydər Əliyev adına Hərbi İnstitut

hasanova.aygun11@gmail.com

Nina Mustafayeva

Heydər Əliyev adına Hərbi İnstitut

mustafayevanina@gmail.com


Kvant çuxurunda elektron qazının hal sıxlığı


Xülasə

Ümumiyyətləaşağıölçülü sistemlərin fiziki xassələrinin tədqiq edilməsi müasir fizikanın aktual problemlərindəndir. Məlumdur ki, real aşağıölçülü sistemlərin profilləri sadə olmayıb, mürəkkəb kvant çuxuruna malikdirlər ki, onların termodinamik və kinetik xassələrini öyrənmək olduqca vacibdir.

Təqdim edilən bu işdə potensialı   şəklində olan kvant çuxurunda elektronların enerji spektri üçün analitik ifadə alınmışdır. Xüsusi hallarda bu enerji spektri sonsuz dərin quyu və harmonik ossilyator modellərindəki enerji spektrlərinə keçir. Bunun üçün nazik təbəqələrdə kvant çuxurlarının profillərinin qurulması, enerji spektrinin, dalğa funksiyası və hal sıxlığı funksiyasının hesablanması, hal sıxlığı funksiyasının kvant çuxurunun potensialından asılılığının araşdırılması xüsusi maraq kəsb edir. Bu səbəbdən mürəkkəb formalı kvant çuxuruna malik təbəqələrdə fiziki hadisələrin nəzəri olaraq araşdırılması xüsusi maraq və əhəmiyyət kəsb edir. Belə tədqiqatlar isə öz növbəsində aşağıölçülü elektron sistemlərdə köçürmə hadisələrinin nəzəriyyəsində yeni sahələlərin inkişafına köməklik göstərir. Baxılan bu işdə əldə olunan nəticələr molekulyar-şüa epitaksiya metodunun köməyi ilə daha perspektivli kvant çuxurlarının yaranmasına imkan verir.

Tapılmışdır ki, baxılan spektr üçün elektronların hal sıxlığı funksiyası enerjinin pilləvari funksiyası olur. 

Açar sözlər: kvant çuxuru, harmonik ossilyator, hal sıxlığı, enerji spektri, dalğa funksiyası


Aygun Rasulova

Military Institute named after Heydar Aliyev

hasanova.aygun11@gmail.com

Nina Mustafayeva

Military Institute named after Heydar Aliyev

mustafayevanina@gmail.com


Density of States of Electron Gas in Quantum Wells


Abstract

In general, studying the physical properties of low-dimensional systems is one of the urgent problems of modern physics. It is known that the profiles of real low-dimensional systems are not simple, they have a complex quantum hole, so it is very important to study their thermodynamic and kinetic properties. 

An analytical expression is obtained for the energy spectrum and the density of states of electrons in a quantum well with the potential   which in limiting cases transforms into energy spectra and densities of states for models of an infinitely deep well and harmonic the oscillator. For this purpose, it is of particular interest to establish the profiles of quantum holes in thin films, calculate the energy spectrum, wave function and density of state function, and investigate the dependence of the density of state function on the potential of the quantum hole. For this reason, the theoretical investigation of physical phenomena in layers with quantum wells of complex shape is of special interest and importance. Such studies, in turn, contribute to the development of new fields in the theory of transfer phenomena in low-dimensional electronic systems. The results obtained in the reviewed work allow the creation of more promising quantum holes with the help of the molecular-beam epitaxy method.

The dependence of the density of states on energy for various semiconductor quantum wells is constructed.

Keywords: quantum well, harmonic oscillator, density of states, energy spectrum, wave function



Baxış: 91