Arxiv
Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Südabə Nəsrəddin qızıİsgəndərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti

İNTELLEKTUAL POZULMASI OLAN UŞAQLARDA REFLEKSİYANIN İNKİŞAFI ŞƏRTLƏRİ

Açar sözlər: refleksiya, intellektual qabiliyyəti pozulmuş uşaqlar, emosional-iradi sfera, təlabat-motivasiya sferası, özünüqiymətləndirmə, iddia səviyyəsi
Key words: reflection, children with intellectual disabilities, emotional-volitional sphere, motivational-needful sphere, self-esteem, level of claims
Ключевые слова:рефлексия, дети с ограниченными интеллектуальными возможностямиэмоцио­нально-волевая сфера, мотивационно-потребностная сферасамооценивание, уровень притязаний

Refleksiya “keçmişə müraciət” mənasını bildirib, fərdin özünüdərk məqsədi ilə düşünmə prosesinə daxil olaraq özünün dəyərlərini, prinsiplərini, duyğu və hisslərini, bacarıqlarını və davranışlarını anlaması və təhlil etməsidir. Refleksiya güclü funksiyalara malikdir. Onun mövcudluğu insana şüurlu şəkildə öz düşüncəsini planlaşdırma, tənzimləmə və nəzarət etməsinə imkan verir. Refleksiya düşüncələrin sadəcə həqiqiliyini deyil, eyni zamanda məntiqli olmasını qiymətləndirməyə kömək edir. O, emosional intellektin əsas ünsürlərindən olan özünüdərk prosesini təmsil edir. Müasir psixologiyada özünüdərk - insanın öz emosiyalarının xarak­terini dərk etməsi, güclü və zəif yanlarının fərqinə varması, dəyərlərini və prinsiplərini müəyyənləşdirməsi, həyatdakı missiyasını aydınlaşdırması kimi qəbul olunmuşdur. Refleksiya, eyni zamanda,  insanın özünü, öz daxili aləmini dərk etməsi, özünün fikir və hisslərini təhlil etməsi, öz əməllərini, başqaları ilə münasibətlərini görmək bacarığı, özü haqqında mühakimələri deməkdir. Refleksiya başqalarının sənə necə münasibət bəslə­diyini, necə yanaşdığını, onların səni necə başa düşdüklərini görmək və dərk etməsi deməkdir.


Baxış: 1554