Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/99-106

Esmira Hüseynli

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0004-4821-0880

esmirahuseynlii@gmail.com

 

Ali təhsil mühitində etik davranışların təhlili: müəllimlərin rolu və təsirləri

 

Xülasə

 

Müasir dövrdə təhsilin keyfiyyəti yalnız təhsil alanlara ötürülən akademik biliklərin səviyyəsi ilə deyil, eyni zamanda müəllimlərin pedaqoji fəaliyyət zamanı nümayiş etdirdikləri etik davranış, peşəkar münasibət və dəyərlərlə də müəyyən olunur. Lakin son illərdə təhsil sistemində qeyri-etik davranışların artması bu sahənin tədqiqini zəruri edir. Xüsusilə sosial media və kütləvi informasiya vasitələrinin cəmiyyətin gündəlik həyatında daha təsirli mövqe qazanması, bu kimi halların daha tez müşahidə olunmasına, ictimaiyyətə ötürülməsinə və geniş miqyasda müzakirəyə çıxarılmasına şərait yaratmışdır. Nəticə etibarilə, bu məsələ sadəcə təhsil sistemi daxilində deyil, habelə cəmiyyətin ümumi müzakirə gündəmində də öz əhəmiyyətini artırmışdır. Bu məqalədə ali təhsil müəssisələrində müəllimlərin peşə etikasının əhəmiyyəti və etik davranışların təhsilalanlara təsiri araşdırılır. Müəllimin etik davranışının yalnız onun şəxsi peşəkarlığını deyil, eyni zamanda tələbələrin akademik nailiyyətlərini, motivasiyasını və sosial bacarıqlarını da formalaşdırması diqqətə çatdırılır. Məqalədə peşəkar müəllim modelinin əsas xüsusiyyətləri izah olunur. Eyni zamanda, qeyri-etik davranış nümunələri və bu davranışların yaranmasına səbəb olan faktorlar təhlil edilir. Müəllimlərin etik prinsiplərə riayət etməməsinin səbəbləri arasında motivasiya çatışmamazlığı, zəif nəzarət mexanizmləri, sosial rifahın aşağı səviyyədə olması və texnologiyanın təsiri kimi amillər yer alır. Nəticə olaraq, müəllimlərin etik davranış mədəniyyətinin gücləndirilməsi təhsil keyfiyyətinin yüksəldilməsi və tələbələrin müsbət inkişafı üçün zəruri şərt kimi qiymətləndirilir.

Açar sözlər: peşə etikası, müəllimlərin etik davranışları, peşəkar müəllimlik, etik prinsiplər, təhsil sistemi.


Baxış: 65