Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/56/77-81

Əli Heydərzadə

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0003-4716-0175

heyderzadeali45@gmail.com

 

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının milli prioritetlərə uyğun tənzimlənməsi: nəzəri əsaslar, beynəlxalq təcrübə və perspektiv istiqamətlər

 

Xülasə

 

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər” sənədində müəyyən edilmiş beş prioritetlə sinxronlaşdırılması müasir regional siyasətin əsas vəzifəsidir. Regionların inkişafının elmi-nəzəri bazası dayanıqlı inkişaf, klaster yanaşması və ağıllı ixtisaslaşma konsepsiyaları ilə zənginləşmişdir. Milli prioritetlər regionların fəaliyyətini konkret mexanizmlər vasitəsilə yenidən qurur. Avropa İttifaqının Cohesion Policy 2021–2027 proqramı, Çinin Yanqtzı Deltası klaster modeli və Cənubi Koreyanın Korean New Deal proqramı regionların inkişafında uğurlu tətbiq nümunələridir. Azərbaycan üçün təklif olunan “5P” inteqrasiya çərçivəsi və Qarabağ-Şərqi Zəngəzurda “ağıllı rayon” modeli regionlararası bərabərsizliyin azalmasına, investisiya cəlbediciliyinin artmasına və dayanıqlı inkişafın təmin edilməsinə xidmət edəcəkdir.

Açar sözlər: regional inkişaf, milli prioritetlər, Azərbaycan 2030, klaster yanaşması, ağıllı ixtisaslaşma, Qarabağ reinteqrasiyası, beynəlxalq təcrübə

 

 


Baxış: 7