Arxiv
Nature & Science 2026 Nature & Science 2025 Nature & Science 2024 Nature & Science 2023 Nature & Science 2022 Nature & Science 2021 Nature & Science 2020 Nature & Science 2019

Azərbaycan və Fransa respublikalarının mədəni əlaqələri: tarixi baxış

 

Səlimə Quliyeva

 

Xülasə. Məqalədə Azərbaycan ilə Fransa arasında mədəni, elmi və humanitar əlaqələrin tarixi inkişaf mərhələləri araşdırılmışdır. Tədqiqat zamanı Azərbaycanın Şərq və Qərb arasında mədəni körpü rolunun bu münasibətlərin formalaşmasına təsiri təhlil edilmişdir. XIX əsrdə Fransa maarifçilik ideyalarının Azərbaycan ictimai-fəlsəfi fikrinə təsiri, Mirzə Fətəli Axundov, İsmayıl bəy Qutqaşınlı, Əhməd bəy Ağaoğlu və Məhəmməd ağa Şahtaxtılı kimi ziyalıların Fransa ilə əlaqələri geniş şəkildə işıqlandırılmışdır. Eyni zamanda, Aleksandr Dümanın Qafqaza səfəri və onun Azərbaycan haqqında qeydlərinin Avropada ölkə haqqında təsəvvürlərin formalaşmasında rolu göstərilmişdir.

Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fransa ilə elm və təhsil sahəsində əməkdaşlıq, azərbaycanlı tələbələrin Fransaya göndərilməsi, Parisdə Azərbaycan mühacirət mühitinin fəaliyyəti və Azərbaycan mədəniyyətinin Avropada təbliği məsələləri də tədqiq olunmuşdur. Bundan əlavə, sovet dövründə Azərbaycan–Fransa mədəni əlaqələrinin xüsusiyyətləri, bu münasibətlərin ideoloji çərçivədə inkişafı və humanitar əməkdaşlığın istiqamətləri təhlil edilmişdir. Tədqiqat əsnasında müəyyən edilmişdir ki, Azərbaycan – Fransa mədəni əlaqələri uzun tarixi inkişaf yolu keçərək müasir dövrdə strateji humanitar əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Araşdırma zamanı müasir Azərbaycan tarixi əsərlərindən və mətbuat materiallarından istifadə olunmuşdur.

 

Açar sözlər: Azərbaycan, Fransa, mədəni əlaqələr, mədəni diplomatiya, maarifçilik, humanitar əməkdaşlıq, Azərbaycan Xalq Cümhuriyyəti, Fransa maarifçiliyi

 


Baxış: 7