DOI: https://doi.org/10.36719/2706-6185/59/68-71
Ülviyyə Quluzadə
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0003-6072-0050
ulviyye.quluzade@adpu.edu.az
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu prosesində
Fətəli xan Xoyskinin rolu
Xülasə
Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti tarixində Fətəli xan Xoyski dövlət quruculuğunun əsas simalarından biri kimi təqdim olunur və onun dövlət quruculuğu prosesində tarixi rolu təhlil olunur. Fətəli xan Xoyskinin 1918-ci mayın 28-də istiqlalın elan edilməsindən sonra yaradılan ilk hökumətin başçısı olmuş, sonrakı mərhələlərdə isə daxili idarəetmə, hüquqi institutların formalaşdırılması, parlamentli idarəçilik modelinin tətbiqi və xarici siyasət kursunun müəyyənləşdirilməsi istiqamətində mühüm fəaliyyət göstərməsi izah olunur.
Məqalədə həmçinin Fətəli xan Xoyskinin rolunun yalnız ilk baş nazir kimi deyil, həm də böhranlı şəraitdə dövlət aparatını təşkil edən, siyasi sabitlik yaratmağa çalışan, hökumət - parlament münasibətlərində məsuliyyət prinsipini tətbiq edən və Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınması xidmət edən siyasi xadim kimi qiymətləndirilməsi göstərilir. Buna görə də onun fəaliyyəti Azərbaycan milli dövlətçilik tarixində yalnız bir hökumət rəhbərinin fəaliyyəti deyil, müstəqil dövlət ənənəsinin təməl mərhələsi kimi dəyərləndirilməlidir.
Açar sözlər: dövlət quruculuğu, parlamentli respublika, milli hökumət, istiqlal, diplomatiya, siyasi liderlik