Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/59/154-157

Vüsal Abbasov

Azərbaycan İdman Akademiyası

magistrant

https://orcid.org/0009-0000-8887-9184

vusal.abbasov2023@sport.edu.az

 

Azərbaycanda idman növlərinin strukturu və kütləviliyi:

statistik aspektlər və sosial faktorlar

 

Xülasə

 

Məqalədə Azərbaycanda idman növlərinin strukturunun formalaşması, onların kütləvilik dərəcəsi və bu prosesə təsir edən sosial amillər araşdırılır. Tədqiqatın əsas məqsədi ölkədə idman fəaliyyətinin coğrafi, sosial və demoqrafik aspektlərini müəyyənləşdirmək, müxtəlif idman növlərinə əhali qruplarının cəlb olunma səviyyəsini qiymətləndirmək və kütləvi idmanın inkişafına mane olan amilləri üzə çıxarmaqdır. İşdə Dövlət Statistika Komitəsinin məlumatları, Gənclər və İdman Nazirliyinin hesabatları, həmçinin regionlar üzrə aparılmış sosial sorğuların nəticələri təhlil olunur. Müəllif idman növlərinin təsnifatını (olimpiya, qeyri-olimpiya, milli və adaptiv idman növləri üzrə) təqdim edir və onların kütləviliyini sosial-iqtisadi göstəricilərlə əlaqələndirir.

Nəticələr göstərir ki, Azərbaycanda kütləvi idmanın inkişafı daha çox urbanizasiya səviyyəsi, təhsil, sosial rifah və infrastruktur təminatı ilə bağlıdır. Adaptiv idmanın isə inklüziv sosial siyasətin və ictimai şüurun yüksəldilməsi ilə birbaşa əlaqəsi müəyyənləşdirilir. Məqalədə əldə edilən nəticələr idman siyasətinin regional inkişaf proqramlarına inteqrasiyası baxımından praktik tövsiyələrlə tamamlanır.

Açar sözlər: Azərbaycan, idman növləri, kütləvilik, sosial faktorlar, adaptiv idman, statistik təhlil, regional inkişaf

 

 


Baxış: 2