Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/142-146

Xalidə Atakişiyeva

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0007-9513-5803

atakishiyeva.khalida.agha.2023@unec.edu.az

 

Biznes problemlərinin həllində informasiya təminatının

rolu və əhəmiyyəti

 

Xülasə

 

Müasir biznes dünyasında düzgün qərar qəbul etmək müəssisələrin uğuru üçün çox vacibdir. Bu qərarların düzgün verilməsi isə məlumatın keyfiyyəti və əlçatanlığına bağlıdır. İnformasiya təminatı müəssisələrə düzgün və vaxtında məlumat əldə etməyə kömək edir. Əgər məlumatlar vaxtında və düzgün təqdim edilməzsə, müəssisə bazarda mövqeyini itirə bilər. İnformasiya yalnız məlumat toplamaq deyil, həm də onu düzgün təhlil edib istifadə etmək deməkdir. İnformasiya təminatı biznesin maliyyə, əməliyyat və strateji problemlərini düzgün həll etməyə kömək edir. Yanlış və ya çatışmayan məlumatlar müəssisəni riskə ata bilər. Müasir informasiya sistemləri, məsələn, ERP, CRM və BI sistemləri məlumatları mərkəzləşdirərək rəhbərlərə real vaxtda doğru məlumatlar təqdim edir (Stair & Reynolds, 2021). Bu sistemlər rəhbərlərə, dəlillərə əsaslanan qərarlar verməyə kömək edir. Məsələn, satış statistikası və müştəri rəyləri rəhbərliyə düzgün qərarlar verməkdə kömək edir. Eyni zamanda, məlumatların düzgün təhlili strateji planlaşdırmada da vacibdir, çünki uzunmüddətli məqsədlər və risklər üçün məlumatlar lazımdır. İnformasiya təminatı həm də müəssisələrə qarşılaşdıqları çətinlikləri vaxtında aşkar edib həll etməyə imkan verir. Məsələn, satışlar azaldıqda və ya maliyyə xərcləri artdıqda, düzgün qurulmuş informasiya sistemləri bu problemləri tez bir zamanda tapıb həll yolları təqdim edir. Bu, şirkətləri yalnız reaktiv deyil, həm də proaktiv idarə etməyə yönəldir və onların daha çevik və rəqabətə davamlı olmasına kömək edir.

Açar sözlər: Informasiya təminatı, biznes qərarları, informasiya sistemləri, strateji planlama, məlumatın analizi


Baxış: 64