Arxiv
Nature & Science 2026 Nature & Science 2025 Nature & Science 2024 Nature & Science 2023 Nature & Science 2022 Nature & Science 2021 Nature & Science 2020 Nature & Science 2019
Hümbət Hümbətov 
Azərbaycan Dövlət Aqrar Universiteti
 aqrar elmlər üzrə fəlsəfə doktoru 
Arzu Babazadə 
                                                Azərbaycan Dövlət Aqrar Universiteti
doktorant
Tünzalə İsgəndərova
Gəncə Dövlət Universiteti  
      biologiya üzrə fəlsəfə doktoru
 
BİTKİ SIXLIĞININ ŞƏKƏR ÇUĞUNDURU KÖKÜMEYVƏSİNİN 
KEYFİYYƏTİNƏ TƏSİRİ
 
Xülasə
Ədəbiyyat materiallarından məlum oldu ki, şəkər çuğunduru və onun emalın­dan alınmış məhsullar üzvi və qeyri-üzvi maddələrlə zəngindir. Şəkər çuğunduru nəinki qida sənayesində, həmçinin heyvandarlığın inkişafı baxımından yem isteh­salında, spirt sənayesində və digər sahələrdə istifadə olunan keyfiyyətli xammaldır. Şəkər çuğunduru karbohidratların nümayəndəsi olan saxa­roza ilə daha zəngindir.
Protopektinlə zəngin olan şəkər çuğundurundan yüksək keyfiyyətli şəkər istehsal etmək mümkün deyildir. Protopektin suda pis həll olduğuna görə şirədə bulanıqlıq əmələ gətirir. Bu da hazır məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Yetişməmiş şəkər çuğun­durun­dan fərqli olaraq yetişmişdən alınmış şirənin tərkibində demək olar ki, protopektin olmur. Şəkər çuğundurun emalı prosesində müxtəlif çevrilmələrə məruz qalaraq amin­turşuların, aminlərin və amidlərin sintezində iştirak edirlər. Amidlər karboksil qrupunun OH-nın amin qrupu (NH2) ilə əvəz olunması hesabına əmələ gəlirlər.
Şəkər çuğunduru yarıməvəzolunan aminturşularla da zəngindir. İnsan və hey­van orqanizminin onlara olan ehtiyacı qismən ödənilir və ancaq müəyyən his­səsi isə qida hesabına ödənilir. Yarıməvəzolunan aminturşularına arginin, tiro­zin və histidin aid edilir.
 
Açar sözlər: şəkər çuğunduru, bitki sıxlığı, kökümeyvə, pektin maddələri, zülallar, sellüloz, amin turşuları
     
Humbat Humbatov
Azerbaijan State Agrarian University
PhD in agricultural sciences
Arzu Babazadeh
Azerbaijan State Agrarian University
PhD student
                                            arzu.babazade94@mail.com 
Tunzala Iskandarova
Ganja State University
PhD in biology 
 
 
 
Effect of plant density on sugar beet fruit quality
 
Abstract
It was found out from the literature that sugar beet and the products obtained from its processing are rich in organic and inorganic substances. Sugar beet is a quality raw material used not only in the food industry, but also in feed production, alcohol industry and other fields in terms of animal husbandry development. Sugar beet is richer in sucrose, which is a representative of carbohydrates.
It is impossible to produce high-quality sugar from sugar beets, which are rich in protopectin. Because protopectin is poorly soluble in water, it causes turbidity in the juice. This has a negative effect on the quality of the finished product. Unlike unripe sugar beet, the juice obtained from ripe sugar beet contains almost no protopectin.
They participate in the synthesis of amino acids, amines and amides by undergoing various transformations during the sugar beet processing process. Amides are formed due to the substitution of OH of the carboxyl group with an amino group (NH2).
Sugar beet is also rich in semi-substituted amino acids. The human and animal body's need for them is partially met, and only a certain part is met through food. Semi-metabolized amino acids include arginine, tyrosine and histidine.
 
Keywords: sugar beet, plant density, root fruit, pectin substances, proteins, cellulose, amino acids
 


Baxış: 839