Arxiv
Nature & Science 2026 Nature & Science 2025 Nature & Science 2024 Nature & Science 2023 Nature & Science 2022 Nature & Science 2021 Nature & Science 2020 Nature & Science 2019
Səadət Əliyeva 
Azərbaycan Tibb Universiteti
magistrant
Gülnarə Daşdəmirova
Azərbaycan Tibb Universiteti
biologiya elmlər doktoru
 
UZUN SÜRƏN NEONATAL SARILIQ HALLARININ BİOKİMYƏVİ 
XÜSUSİYYƏTLƏRİ
 
Xülasə
Hal-hazırda yeni doğulmuş körpələrin ən aktual problemlərindən biri də neonatal sarılıqlardır. Neonatal sarılıqlar vaxtında doğulmuş körpələrin təxminən yarısında, vaxtından erkən doğulmuş körpələrin isə 75-80 faizində görülə bilər. 
Neonatal hiperbilirubinemiya neonatal dövrdə, xüsusən də həyatın ilk həftəsində rast gəlinən ümumi klinik problemdir. Yenidoğulmuşların təxminən 8%-dən 11%-ə qədər hiperbilirubinemiya inkişaf edir. Həyatın ilk həftəsində ümumi serum bilirubin (ÜSB) yaşa görə 95  faizdən yuxarı qalxdıqda bu, hiperbilirubinemiya kimi qəbul ediləcək.
Yenidoğulmuşlarda sarılıq bilirubinin təsiriylə dəri və sklera rənginin sarımtıl rəngə çevrilməsidir. Təqdim olunan məqalədə hiperbilirubinemiyanın əsas səbəbləri və diaqnostikası haqqında ətraflı məlumat verilmişdir.
Açar sözlər: hiperbilirubineya, neonatal, sarılıq, bilirubin, hemoliz, Bilirubinometr
 
Saadat Aliyeva 
Azerbaijan Medical University
master student 
Gulnara Dashdamirova
Azerbaijan Medical University
PhD in biology
 
Biochemical characteristics of prolonged neonatal jaundice cases
 
Abstract
Currently, one of the most urgent problems of newborn babies is neonatal jaundice. Neonatal jaundice can be seen in about half of term babies and in 75-80 percent of premature babies.
Neonatal hyperbilirubinemia is a common clinical problem in the neonatal period, especially in the first week of life. About 8% to 11% of newborns develop hyperbilirubinemia. When the total serum bilirubin (TSB) rises above the 95th percentile for age in the first week of life, it will be considered hyperbilirubinemia.
Jaundice in newborns is the turning of the skin and sclera into a yellowish color due to the effect of bilirubin. The presented article provides detailed information on the main causes and diagnosis of hyperbilirubinemia.
Keywords: hyperbilirubinemia, neonatal jaundice, bilirubin , hemolysis, bilirubinometer
 
 


Baxış: 953