DOI: https://doi.org/10.36719/2789-6919/57/48-56
Rəsul Həsənov
Azərbaycan Texniki Universiteti
https://orcid.org/0009-0007-4652-4562
resulhesenov@hotmail.com
Gənclərin məşğulluğu: problemlər və dövlət proqramları
Xülasə
Məqalədə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, gənclər arasında işsizliyin səviyyəsi və bu problemin sosial-iqtisadi səbəbləri elmi baxımdan təhlil edilmişdir. Tədqiqat çərçivəsində gənclərin əmək bazarına inteqrasiyasına mane olan əsas amillər, o cümlədən təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluq, iş təcrübəsinin məhdudluğu, regional fərqlər və sosial mühitin təsiri araşdırılmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasında gənclərin məşğulluğunun artırılması məqsədilə həyata keçirilən dövlət proqramları və təşəbbüslərin effektivliyi statistik göstəricilər əsasında qiymətləndirilmişdir. Araşdırmanın əsas məqsədi gənclərin dayanıqlı məşğulluğunun təmin olunması üçün mövcud mexanizmlərin təkmilləşdirilməsi istiqamətində elmi əsaslandırılmış təkliflər irəli sürməkdir.
Açar sözlər: gənclər, məşğulluq, əmək bazarı, işsizlik, dövlət proqramları, insan kapitalı, iqtisadi inkişaf