Arxiv
2024 2023 2022 2021 2020 2019 Arxiv
Elnurə Fazil qızı Səfərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
biologiya üzrə fəlsəfə doktoru, dosent
seferovaelnure@mail.ru
Zərifə Rəsul qızı İsmayilova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
biologiya üzrə fəlsəfə doktoru, baş müəllim
iizarif@bk.ru

ABŞERONDA DEKORATİV BİOMÜXTƏLİFLİYİN
 QORUNMASINDA ENTOMOFAQLARIN ROLU
Xülasə
Dekorativ biomüxtəliflik Abşeron rayonunun yaşayış məntəqələrini, o cümlədən bağları, parkları və digər memarlıq görünüşünü bəzəyir. Dekorativ biomüxtəlifliyin qorunması dinindən, irqindən, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaşın borcudur. Abşeron yarımadasında müxtəlif növdə və sayda dekorativ ağac və kol bitkiləri əkilib becərilir ki, bu da heç şübhəsiz insanların istirahətinə, ekoloji cəhətdən havanın təmizliyinə, şəhər və qəsəbələrin abadlaşmasına xidmət edir. Azərbaycanda, o cümlədən Abşeron yarımadasında aparılan yaşıllaşdırma işləri son illər daha geniş vüsət alır. Buna baxmayaraq bu bitkilər mütamadi olaraq zərərvericilər tərəfindən məhv edilir. Kimyəvi mübarizə üsulları insan və ətraf aləm üçün təhlükəli, zərərvericinin parazit və yırtıcıları (entomofaqları) vasitəsilə təbii mübarizə tədbirlərinə isə az üstünlük verilir. Ciddi zərərvericilərə qarşı bioloji mübarizədə insan sağlamlığına zərər vermədən perspektiv entomofaqlardan istifadə etmək daha məqsədəuyğundur. Dekorativ bitkilərin zərərvericilərinə qarşı entomofaqlardan istifadə edərək həm zərərvericilərin sayını azaltmış oluruq, həm də ətraf mühitin çirklənməsinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təmin edirik. Məqalədə bir neçə entomofaqın daha perspektivli olduğunu vurğulayaraq onlar haqqında məlumat verilib.
Açar sözlər: zərərverici, entomofaq, dekorativ, ekologiya, bitki

Elnura Fazil Safarova
Zarifa Rasul Ismayilova
The role of entomophagous in the protection of decorative biodiversity in Absheron
Abstract
Decorative biodiversity Absheron region settlements, including decorating gardens, parks and other architectural views. The protection of decorative biodiversity is the duty of every citizen, regardless of religion, race or position. Various types and number of ornamental trees and shrubs are planted on the Absheron Peninsula, which undoubtedly serves the recreation of people, ecologically clean air, improvement of cities and settlements. Landscaping work in Azerbaijan, including the Absheron Peninsula, has been expanding in recent years. However, these plants are regularly destroyed by pests. Chemical control methods are dangerous to humans and the environment, and natural control measures by parasites and predators (entomophagous) are less preferred. In the biological control of serious pests, it is more expedient to use promising entomophagous without harm to human health. By using entomophagous pests of ornamental plants, we both reduce the number of pests and prevent environmental pollution and ensure food security. The article emphasizes that several entomophagous are more promising.
Кеу words: pest, entomophag, dekorativ, ecology, plant 

MƏQALƏNİ YÜKLƏ [153.77 Kb] (yüklənib: 31)


Baxış: 644
Redaktə et
Ünvan:
AZ1073, Bakı şəh., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə,
“Azərbaycan” Nəşriyyatı, 6-cı mərtəbə
Tel.: +994 50-209-59-68
        +994 99-808-67-68
        +994 12-510-63-99

© 2019 AEM
E-mail: info@aem.az