Zümrüd Əmən qızı Məmmədova
AMEA Dendrologiya İnstitutu
biologiya elmləri doktoru, dosent
zumrud_dendrari@mail.ru
Şənay Bəxtiyar qızı Albalıyeva
AMEA Dendrologiya İnstitutu
kiçik elmi işçi
Senayalbalıyeva@gmail.com
HİRKAN FLORASINDAN OLAN JUNİPERUS L. CİNSİNƏ AİD
BƏZİ NÖVLƏRİN EFİRYAĞLILIĞININ ÖYRƏNİLMƏSİ
BƏZİ NÖVLƏRİN EFİRYAĞLILIĞININ ÖYRƏNİLMƏSİ
Xülasə
Efir yаğlаrının tərkibində оlаn biоlоji fəаl maddələr insanlara fizioloji, psixoloji, müаlicəvi və s. cəhətdən unikal təsir göstərir. Efir yağları hər hansı bir üsul və ya texnоlogiya ilə аlınаrsа аlınsın, uzun müddət (illərlə) saxlanıldıqda belə öz keyfiyyətini itirmir, təhlükəsiz və effektli olaraq qalmaqda davam edir. Ölkəyə xaricdən gətirilən dərmаn prеpаrаtlаrının yеrli fitоprеpаrаtlаrlа əvəz еdilməsi və хаlq təsərrüfаtının müхtəlif sаhələrində еfir yаğlı bitkilərdən dаhа çох istifаdə оlunmаsı – bu qrup bitkilərin öyrənilməsini tələb еdir. Bu məqsədlə Hirkan florasına aid 3 ardıc növündən efir yağı alınmış və onların çıxım faizi hesablanmışdır. Efir yağının çıxımı Juniperus polycarpos üçün - 1,4%; Juniperus oblonga - 1,0% və Juniperus sabina - 1,2 % təşkil etdi. Efir yağının ən çox çıxım faizi çoxmeyvəli ardıc növündə qeydə alınmışdır. Alınmış efir yağları yaşımtıl-sarı rəngdə olmaqla spesifik xoşagələn qoxuya malikdir. Məqalədə Juniperus oblonga növündən alınan efir yağının qaz-xromotaqrafiya üsulu ilə analizinin nəticələri, efir yağının kompanent tərkibi verilmişdir. Xromotoqrafik analizin nəticəsindən məlum oldu ki, efir yağında thiujone (35.21%) və alfa-terpinen (19.78%) kompanentləri daha yüksək konsentrasiyaya malikdir, camphor (0.33%) və estragole (0.16%) kompanentləri isə ən az kosentrasiya göstərmişdir.
Açar sözlər: ardıc, efir yağı, çıxım faizi, xromotoqrafiya üsulu
Study of essential oil of some species of Juniperus L. from Hirkan flora
Summary
The biologically active substances contained in essential oils provide people with physiological, psychological, therapeutic and other benefits; have a unique effect in terms of essential oils. Whether obtained by any method or technology, they do not lose their quality, even if stored for a long time (years), and remain safe and effective. The replacement of imported medicines with local phyto-drugs and the increasing use of essential oil plants in various sectors of the economy require the study of this group of plants. For this purpose, essential oils of 3 juniper species of Hirkan flora were obtained and their yield percentage was calculated. The yield of essential oil for Juniperus polycarpos - 1.4%; Juniperus oblonga - 1.0% and Juniperus sabina - 1.2%. The highest yield of essential oil was recorded in the type of multi-fruited juniper. The obtained essential oils are yellowish-yellow in color and have a specific pleasant odor. The article presents the results of the analysis of essential oil of Juniperus oblonga by gas chromatography and the composition of the essential oil. Chromatographic analysis revealed that thiujone (35.21%) and alpha-terpinene (19.78%) components had higher concentrations, while camphor (0.33%) and estragole (0.16%) components had the lowest concentrations.
Key words: Juniper, essential oil, yield percentage, chromatography method
MƏQALƏNİ YÜKLƏ
[374.83 Kb] (yüklənib: 22)
Baxış:
523