Arxiv
Təbiət və elm 2024 Təbiət və elm 2023 Təbiət və elm 2022 Təbiət və elm 2021 Təbiət və elm 2020 Təbiət və elm 2019
Gülnaz Əzizağa qızı İsmayılova
AMEA Zoologiya İnstitutu
elmi işçi
gulnas-ikmet@mail.ru

AZƏRBAYCANDA ÜZÜM BİTKİSİNİN YENİ ZƏRƏRVERİCİSİ-YAPON
ÜZÜM CIRCIRAMACIĞI  ARBORIDIA KAKOGAWANA (MATSUMURA, 1932)
 (HEMIPTERA, AUCHENORRHYNCHA, CICADELLIDAE, TYPHLOCYBINAE)
Xülasə
Məqalədə Abşeron yarımadasında ilk dəfə  aşkar olunmuş üzümün təhlükəli, invaziv zərərvericisi olan yapon üzüm cırcıramacığı – Arboridia  kakogawana (Matsumura, 1932)  haqqında məlumat verilmişdir. Ehtimal olunur ki, əkin məqsədilə Orta Asiyadan gətirilmiş üzüm bitkisi ilə Azərbaycana  keçmişdir. Abşeronun bütün kənd və qəsəbələrində, xüsusilə Bakı şəhərində geniş yayılmışdır. Müşahidələr zamanı üzüm bitkisindən başqa hec bir bitkidə rast gəlinməmişdir. Məqalədə həmçinin ədəbiyyat məlumatına əsasən növün Uzaq Şərqdən Avropaya    yayılma  yolları  da verilmişdir.  
Açar sözlər: Abşeron, Hemiptera, Cicadellidae. üzüm bitkisi, yapon üzüm cırcıramacığı, Arboridia  kakogawana,  ilk dəfə 

Gulnaz Azizaga Ismayılova

New grape pest in Azerbaijan - Japanese grape leafhopper Arboridia kakogawana
 
(Matsumura, 1932) (Hemiptera, Auchenorrhyncha, Cicadellidae, Typhlocybinae)
Abstract
The article provides information about the Japanese grape leafhopper - Arboridia kakogawana (Matsumura, 1932), a dangerous, invasive pest of grapes first discovered on the Absheron Peninsula. It is believed that it passed to Azerbaijan with a grape plant brought from Central Asia for planting. It is widespread in all villages and settlements of Absheron, especially in Baku. During the observations, it was not found in any plant except grapes. The article also describes the ways in which the species spread from the Far East to Europe, according to the literature.
Key words: Absheron, Hemiptera, Cicadellidae. grape plant, Japanese grape leafhopper, Arboridia kakogawana,first record




Baxış: 514