DOI: https://doi.org/10.36719/2707-1146/30/25-33
Aliyə Rzayeva
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təbii Ehtiyatlar İnstitutu
kimya üzrə fəlsəfə doktoru
Sevda Əliyeva
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Təbii Ehtiyatlar İnstitutu
dissertant
sevda.aliyeva2022@mail.ru
Sb2S5 – CuCl – H2O SİSTEMİNDƏN MİS(I) TİOSTİBİATIN ALINMASI
ŞƏRAİTİNİN ARAŞDIRILMASI
Xülasə
İşdə sürmə(V) sulfidlə mis(I) xloridin qarşılıqlı təsirindən mis(I) tiostibiatın məhlulda alınması şəraiti verilmişdir. Sürmə(V) sulfid natrium tiostibiat birləşməsindən alınmışdır. Natrium tiostibiat isə Darıdağ sürmə filizindən alınmış sürmə(III) sulfiddən sintez edilmişdir. Mis(I) tiostibiatın alınmasının reaksiya tənliyi tərtib edilmiş və termodinamik parametrtləri hesablanmış, sıxlığı təyin olunmuşdur(dTl3SbS4 = 3.94 q/sm3). Nümunənin termoqravimetrik, rentgen faza, tərkib və kimyəvi analizləri aparılmış, müxtəlif qatılıqlı mineral həlledicilərə qarşı münasibəti öyrənilmişdir. Təcrübələrdə müəyyən edilmişdir ki, prosesin gedişi zamanı reaksiya üçün götürülmüş 8 hissə sürmənin 5 hisəsi birləşmənin tərkibinə daxil olur, 3 hissəsi isə məhlula keçir.
Açar sözlər: sürmə(V) sulfid, mis, xlorid, tiostibiat, rentgen faza, sıxlıq
Aliya Rzayeva
Ministry of Science and Education of the Republic of Azerbaijan
Institute of Natural Resources
Ph.D in Chemistry
Sevda Aliyeva
Ministry of Science and Education of the Republic of Azerbaijan
Institute of Natural Resources
dissertatist
Investigation of the condition for obtaining copper (I) thiostibiate from the
Sb2S5 –CuCl–H2O system
Abstract
Here, the conditions for obtaining copper (I) thiostibiate in solution from the interaction of antimony (V) sulfide and copper (I) chloride were given. Antimony (V) sulfide was derived from sodium thiostibiate compound. Sodium thiostibiate was synthesized from antimony (III) sulfide obtained from Daridagh antimony ore. The reaction equation for obtaining copper (I) thiostibiate was compiled and thermodynamic parameters were calculated, the density was determined (dTl3SbS4 = 3.94 g/cm3). Thermogravimetric, X-ray phase, compositional and chemical analyzes of the sample were carried out, and its relation to mineral solvents of different concentrations was studied. In the experiments, it was determined that during the course of the process, 5 parts of the 8 parts of antimony taken for the reaction interact with the compound, and 3 parts go into the solution.
Keywords: antimony (V) sulfide, copper, chloride, thiostibiate, X-ray phase, density