DOI: https://doi.org/10.36719/2789-6919/44/120-125
Hüseyn İbadov
Azərbaycan Turizm və Menecment Universiteti
magistrant
https://orcid.org/0009-0008-4930-8627
contact.ibadov@gmail.com
Turagent və turoperatorların reklam fəaliyyətləri üzrə çəkdikləri xərclərinin gəlmə turizminə
təsirinin ekonometrik modeli
Xülasə
Turizm sektoru qlobal və regional iqtisadiyyatın mühüm sahələrindən biridir. Dünya ölkələri turizm potensialını inkişaf etdirmək və xarici turist axınını artırmaq üçün reklam və marketinq fəaliyyətlərinə xüsusi önəm verirlər. Təbii ki, turagent və turoperatorların reklam xərcləri, gəlmə turizminin inkişafında əsas faktorlardan biri kimi qəbul edilir. Bu araşdırmada, reklam xərclərinin xaricdən gələn turistlərin sayına təsirini müəyyən etmək üçün ekonometrik model qurulmuşdur.
Araşdırmada əsas məqsəd, ölkəmizdə fəaliyyət göstərən turagent və turoperatorların reklam strategiyalarının gəlmə turizminə təsirini iqtisadi-statistik metodlarla qiymətləndirməkdir. Tədqiqat çərçivəsində illər 2017-2023-cü illər ərzində turagent və turoperatorların reklam fəaliyyətləri üzrə çəkilən xərcləri və gəlmə turizminin sayı üzrə məlumatlar toplanmış, statistik və ekonometrik yanaşmalar tətbiq olunmuşdur. Reklam xərcləri ilə gəlmə turizmi arasındakı əlaqəni müəyyən etmək üçün “Loqarifmik-Linear Regressiya Modeli” (Log-Linear Regression Model) ekonometrik modelindən istifadə edilmişdir. Müvafiq model komputer əsaslı “Eviews7” tətbiqi proqramında icra edilərək qurulmuş və yoxlanmışdır.
Açar sözlər: Eviews7, ekonometrik model, turagent, turoperator, gəlmə turizmi, statistika.