Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/46/310-313

Pərvin Həsənova

Azərbaycan Dillər Universiteti

https://orcid.org/0009-0006-1234-4160

prvinhsnova4@.gmail.com

 

Virciniya Vulfun estetik baxışlarının formalaşmasında

rus ədəbi mühitinin təsiri

 

Xülasə

 

Məqalədə, XX əsr ingilis ədəbiyyatının görkəmli nümayəndəsi Virciniya Vulfun estetik baxışları və rus yazıçılarının onun ədəbi üslubuna və fəlsəfi dünyagörüşünə təsiri məsələsi araşdırılır. Onun əsərlərində şüur axını texnikası və psixoloji dərinliklə xarakterizə olunan Vulfun modernist yanaşması rus ədəbiyyatı ilə tanışlığından təsirlənmişdir. O, F. Dostoyevski, A. Çexov, L. Tolstoyun əsərlərini dərin maraqla oxumuş, onların introspektiv obraz yaratma üsulları, qeyri-ənənəvi narrativ texnikaları və bədii baxışları ilə səsləşmişdir. Vulfun bədii-estetik fikrində rus ədəbi nümunələrinin emosional intensivliyi və ekzistensial dərinliyi ilə bağlı heyranlığı əks etdirilir ki, bu da roman janrının inkişafında yeni perspektivlər açmışdır. Bu aspektdə V. Vulfun yaradıcılığı hələ də xüsusi tədqiqat obyekti olmayıb. Məqalədə bu təsirin əsas aspektləri təhlil edilir və Virciniya Vulfun eksperimental nəsrində rus ədəbiyyatının prinsiplərinin necə özünü göstərdiyi vurğulanır.

Açar sözlər: Virciniya Vulf, modernizm, rus ədəbiyyatı, estetik baxışlar, şüur axını


Baxış: 65