Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
A.V. Rüstəmzadə
Azərbaycan Dillər Universiteti
[email protected]

MÜASIR İNGİLİS DİLİNDƏ TƏYİNİN İFADƏ VASİTƏLƏRİ

Açar sözlər: postpozitiv təyin, prepozitiv təyin, təyin edilən söz, əsli sifət, sifətin ekvivalentləri
Key words: post-positive attribute, pre-positive attribute, the word modified, real adjectives, equivalents of adjectives
Ключевые слова: постпозитивное определение, препозитивное определение, определяемое слово, настоящие прилагательные, эквиваленты прилагательных


Bu məqalədə bizim əsas məqsədimiz müasir ingilis dilində təyinin ifadə vasitələrinin spesifik xüsusiyyətlərini tədqiq etməkdir.
Təyin subyektin əlamətini ifadə edən cümləin ikinci dərəcəli üzvü olub, aşağıdakı sualları cavablandırır: what? (hansı), what kind of? (necə), whose? (kimin), which (hansı), how much?, how many? (necə, nə qədər). İngilis dilində təyin əlamətini bildirdiyi sözün qarşısında (prepozitiv təyin) və ondan sonra (postpozitiv təyin) işlənə bilir. Təyin edilən sözün qarşısında işlənən təyin prepozitiv, ondan sonra işlənən isə postpozitiv təyin adlanır.
Qeyd etmək lazımdır ki, müasir ingilis dili üçün xarakterik olan təyin prepozitiv təyin hesab edilir. Müasir ingilis dilində təyin sözün qarşısında və ya ondan sonra işlənməsindən asılı olmayaraq təyin edilən sözdən asılıdır.
Müasir ingilis dilində təyinin ifadə vasitələrindən bəhs edərkən A.S.Hornbi onları iki əsas qrupa ayırmışdır: əsli sifətlər və sifətin ekvivalentləri. Onun fikrincə, əsli sifət dedikdə həm atributiv, həm də predikativ funksiyada çıxış edə bilən, müqayisə və üstünlük dərəcəsində işlənən və tərzi-hərəkət, dərəcə bildirən zərfliklə təyin edilə bilən dil vahidləri nəzərdə tutulur. Lakin məlumdur ki, təyin funksiyasında yalnız əsli sifətlər deyil, digər əlamət və keyfiyyət bildirən sözlər (isimlər, əvəzliklər, feilin şəxssiz formaları, say, ismi birləşmələr, təyin budaq cümlələri və s.) də çıxış edə bilir. A.S.Hornbi bu sözləri sifətin ekvivalentləri adlandırmışdır [3, s.12].


MƏQALƏNİ YÜKLƏ [177,85 Kb] (yüklənib: 58)

Baxış: 1 235
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]