Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Ş.Ağakişiyeva
Bakı Slavyan Universiteti

AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ FƏNDAXİLİ ƏLAQƏ

Açar sözlər: Azərbaycan dili, tədris, fəndaxili əlaqə, təlim, inteqrasiya fəlsəfəsi
Key words: Azerbaijani language, teaching, intensive communication, training, integration philosophy
Ключевые слова: азербайджанский язык, преподавание, обучение, внутрипредметные связи, философия интеграции


Azərbaycan dili təlimində dərsə verilən müasir tələblərlə bağlı müəllimlərin qarşısında bir sıra mühüm vəzifələr durur. Onlar Azərbaycan dili təlimində istifadə olunan metodların təkmilləşdirilməsi və müasir dərsə verilən tələblərin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etməlidirlər. Azərbaycan dilinin daha dərindən, hərtərəfli mənimsənilməsinə xüsusi diqqət yetirməli, təlimin ən mütərəqqi metod və priyomlarından yaradıcı şəkildə istifadə etməklə qarşıya qoyulan məqsədə nail olmağa çalışmalıdırlar. Həmin məqsədlərə nail olmaq, şagirdlərin fəallığını qorumaq üçün müxtəlif metodlardan istifadə edilir. Azərbaycan dili dərslərində fəndaxili əlaqə qeyd olunan imkanlar baxımından da diqqəti cəlb edir.
Dərsin uğurlu alınması üçün də fəndaxili əlaqədən istifadə vacib amillərdəndir. Belə ki, müasir dərsə verilən tələblərdən biri də elmilik prinsipinin gözlənilməsidir. Elmilik prinsipinin gözlənilməsinə kömək edən tədbirlərdən biri də fəndaxili əlaqənin bütün imkanlarından dərs zamanı məharətlə istifadə etməkdir. Fəndaxili əlaqənin təmin edilməsi, bir tərəfdən elmilik prinsipini tamamlayır, digər tərəfdən, şagirdin biliyini sistemləşdirir, bütövləşdirir.


MƏQALƏNİ YÜKLƏ [156,3 Kb] (yüklənib: 105)

Baxış: 1 360
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]