Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
İ.H.Mürvətova
Bakı Slavyan Universiteti

ÇAPEKİN “R.U.R.” PYESİ İLƏ ANARIN “AĞ QOÇ VƏ QARA QOÇ” ROMANINDA İNSAN VƏ CƏMİYYƏT ANLAYIŞI

Açar sözlər: insan, cəmiyyət, texnika, robotlar, qoç, dünya
Key words: person, society, technique, robots, ram, world
Ключевые слова: человек, общество, техника, роботы, овен, мир


Cəmiyyətin həyatında elm və incəsənətin geniş vüsət alması ilə əlaqədar olaraq robotların daxili simasının təkamülü və onların funksional şəraitləri XIX-XX əsr bədii ədəbiyyatında ətraflı şəkildə tədqiq olunmağa başlayır. Mövcud mövzunun aktuallığı sosial robot texnikasının dərk edilməsi və inkişafı sahəsində bədii təcrübənin əhəmiyyətinə əsaslanır.
Məşhur çex yazıçısı K.Çapek 1920-ci ildə yazığı R.U.R. adlı elmi-fantastik pyesdə ilk dəfə olaraq robot sözündən istifadə etmişdir. Daha sonra isə həmin söz bütün dünyaya yayılmışdır. Əsər bir çox dilə tərcümə olunmuş və müxtəlif ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur.
XX əsrin görkəmli nümayəndələrindən biri olan Çapek əsərlərində getdikcə ―texnikalaşan" dünyaya qarşı çıxmış, utopikləşməyə mənfi münasibət bildirmişdir. Ədəbiyyata robot adamlar anlayışını gətirən yazıçı robot adamların inqilabçı birlik olaraq təşkilatlandığını və nəticədə isə öz sonlarını hazırladıqlarını bəyan etmişdir. Əsərlərinin əsas mövzusu texnikanı qəbul etməməsi və texnikanın insanın gələcəyini yox edəcəyi fikrini müdafiə etməsi olmuşdur.


MƏQALƏNİ YÜKLƏ [166,12 Kb] (yüklənib: 17)

Baxış: 668
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]