Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
K.F.Nəsirova
Bakı Slavyan Universiteti

AZƏRBAYCAN RESPUBLİKASINDA QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN HÜQUQİ VƏZİYYƏTİ

Açar sözləri: Qaçqın, Məcburi köçkün, BMT, H.Əliyev, İnsan hüquqları
Key words: Azerbaiyan, History of international relationship, H.Aliyev, refugee.
Ключевые слова: Беженцы, Переселенцы, ООН, Г.Алиев, права человека

Müraciət etdiyimiz mövzu Azərbaycan Respublikasında qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyətindən bəhs edir. Biz tarixə nəzər salsaq görərik ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün problemləri ilə daim üz-üzə qalıb. Qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarımın bərpası istiqamətində dövlətimiz daim əzimkarkıqla çalışır. Təqzib edilməz bir faktdır ki, Azərbaycan dövlətinin əlverişli coğrafi regionda yerləşməsi və yeraltı-yerüstü təbii sərvətlərinin bol olması digər dövlətlərin daim marağına səbəb olmuşdur. XIX yüziliyin axırı və XX yüzillik Azərbaycanlıların həyatında ən dəhşətli işgəncələr, qırğınlar, qaçqınlıq və məcburi köçkünlük, soyqırım, deportasiyalar dövrü kimi qiymətləndirilir. Azərbaycanın ərazisinə daim gözdikənlər Ermənilər olmuşlar. XX əsrin əvvələrində erməni millətçiləri öz tarixi torpaqlarında yaşayan Azərbaycanlıları planlı sürətdə doğma yurdlarından çıxartmağa, qovmaga, məruz qoydular. 1905-ci ildəki Erməni-Azərbaycan müharibəsi Azərbaycanlıların soyqırımı ilə nəticələnndi. Tarix təkrar olunur. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olan Göyzə, Zəngəzur və digər ərazilər o, zamankı Sovet höküməti rəhbərlərinin əlli ilə qondarma Ermənıstanın ərazisinin tətkibinə qatılmış, Dağlıq Qarabağ ermənlərinə isə əsassız olaraq müxtariyyət verilmişdir.


MƏQALƏNİ YÜKLƏ [213,23 Kb] (yüklənib: 30)

Baxış: 994
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]