Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv

Abbasova Türkan Feyruz qızı 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası


ƏLİ VERDİYEV YARADICILIĞINDA MƏİŞƏT JANRI


Açar sözlər: rəssam, məişət, janr, əsər, Əli Verdiyev, bədii
Key words: painter, way of life, genre, work, Ali Verdiyev, artistic
Ключевые слова:художник, быт, жанр, Али Вердиев, художественный

Əli Verdiyev yaradıcılığının yüksək bədii-məziyyətini özündə əks etdirən amillərdən biri də çəkdiyi əsərlərin mövzu və janr rəngarəngliyidir. Rəssamın yaradıcılığında yer alan məişət janrlı əsərlərinin də özünəməxsus bədii məziyyətləri vardır.
“Əgər şərti olaraq bu janr öz başlanğıcını neolit dövründəki qaya rəsmlərindən götürüb desək, onda onun bu günə kimi davam edən inkişafını uzun bir dövr hesab etmək olar. Sonradan təsviri sənətin aparıcı janrlarından olmaqla dünyada mövcud olan bütün cərəyanlarda sənətkarların davamlı olaraq tapındıqları bədii-estetik vasitəyə çevrilmişdir. Məişət səhnələrinin bilavasitə insanların gündəlik həyatı ilə sıx bağlı olması onun geniş yayılmasını şərtləndirmişdir. Çoxəsrlik Azərbaycan təsviri sənətində onun ən yaxşı nümunələrini həm qədim miniatürçülər (Sultan Məhəmməd, Məhəmmədi, Mir Seyid Əli və b.), həm də sonrakı dövrlərdə Usta Qənbər Qarabaği, M.Q.İrəvani, A.Hüseyni, B.Kəngərli, Ə.Əzimzadə, M.Abdullayev, V.Səmədova, Ə.Məmmədov, A.Cəfərov, B.Əliyev, N.Əbdürrəhmanov, A.Hacıyev və başqaları yaratmışlar” [1, 56].
Yuxarıda adlarını qeyd etdiyimiz görkəmli Azərbaycan rəssamlarının yaradıcılığında olduğu kimi Əli Verdiyevin də yaradıcılığında məişət mövzusunda yaradılmış kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun “Tikiş tikən qadın” (1965), “Bulaq suyu” (1986), “Buza satan” (1996), “Fayton dayanacağı” (1996), “İstanbul” (1996), “Kiçik bazar” (1997), “İstirahət” (1989), “Yatmış Aylin” (2003), “Restoran” (2003), “Park” (2004), “Ayna qarşısında” (1976), “Yeni binanın pəncərəsi” (1994), “Mətbəx” (1997), “Eyvan” (2011) kimi rəngkarlıq və qrafika əsərləri bu qəbildəndir.


MƏQALƏNİ YÜKLƏ [157,67 Kb] (yüklənib: 40)
 


Baxış: 1 070
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]