Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
A.ƏLİYEVA,
Azərbaycan Dillər Universitetinin tərcümə
fakültəsi nəzdindəki ispan dili kafedrasının müəllimi

TAVROMAKİYA XÜSUSİ SAHƏ LEKSİKASI KİMİ

İstənilən dilin leksik bazasına hər şeyi əhaət edən və eyni zamanda xırda bölgülərdən ibarət sistem kimi baxmaq lazımdır. Bu sistemin və onun hissələrinin öyrənilməsinin müxtəlif yanaşma üsulları mövcuddur. Məlumdur ki, hər hansı bir dilin vahidləri ümumi leksikadan başqa, xüsusi leksiylcaya da malik olur. Dilin bu cür' bölünməsi nə ümumi və xüsusi sözlərdən, nədə ki, digər vasitələrdən asılı deyil (1;58;59). Xüsusi sahə leksikasmm kökləri əsrlərə dayanır. Belə ki, insan məhz əmək ləaliyyəti nəticəsində təkmilləşib və ən primitiv təsərrüfat işi üçün də əmək bölgüsü vacibdir. İnsanın məqsədyönlü, peşəkar fəaliyyəti prosesində əvvəllər mövcud olmayan yeni ideya və fikirlər yaranır. Təbii ki, onlära müvafiq adlar da mövcud olmur. Ümumi leksikadan iərqli olaraq xüsusi sahə leksikası ümumiişlək deyil. Ancaq o sahə ile məşğul olan şəxslər tərəfindən başa düşülür, Belə ki, o istənilən şəraitdə ünsiyyət vasitəsi kimi çıxış etmir, sətiraltı mənalarda işlənir. Başqa sözlə desək, peşəkar bilik miüVafiq mətnaltı və sətraltı mənimsənilməsini tələb edir ki, bu da xüsusi sahə leksikasım təşkil edir. Xüsusi sahə leksikaslm əsasən xüsusi adlar (şəxs, Tanrı, adları coğrafi, kosmik, geoloji obyekt adlan, müəssisə və təşkilat adları, müxtəlif sahə üzrə ixtisaslaşmış insan qruplarının adları, milli bayramlar, oyunlar) təşkil edir. Buraya həmçinin ticarət, sənaye, elm və müxtəlif sahələrdə işlədilən' terminlər, ənənəvi hadisə yə milli bayramlara xäs olan sözlər də aiddir!

MƏQALƏNİ YÜKLƏ [1,63 Mb] (yüklənib: 9)




Baxış: 654
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]