Arxiv
2024 R.B.Tanrıverdi
Azərbaycan Universiteti
Azərbaycan Universiteti
ŞƏRQİ ANADOLUDA ERMƏNİ ZÜLMÜ VƏ NAXÇIVANIN ERMƏNİ İŞĞALINDAN AZAD OLUNMASI (1917-1918)
Açar sözlər: Cənubi Qafqaz, Şərqi Anadolu, Türk Qafqaz ordusu, Kazım Qarabəkir paşa, Naxçıvan
Key words: South Caucasus, Eastern Anatolia, Caucasian Turkish Army, Kazim Karabekir, Nakhchivan
Ключевыое слова: Южный Кавказ, Восточная Анатолия, Aрмия Tурецкого Кавказа, Кязым Карабекир пашы, Нахичеван
1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişindən sonra Rus ordusu daxilində xüsusi silahlı dəstələr yaradılmağa başlanıldı. Bundan istifadə edən erməni və gürcü tərəfləri də özlərinin silahlı dəstələrini yaratmaq yolunda addımlara başladılar. Qısa bir zamanda erməni və gürcü silahlı dəstələri meydana gəldi. 1917-ci ilin noyabrında bolşeviklərin iradəsi xaricində Qafqaz cəbhəsində olan rus ordusunun əsgərləri öz başlarına olaraq hərbi hissələrini tərk etməyə başladılar. Belə bir vəziyyətdə demək olar ki, rus ordusunda nizam-intizam pozulmuşdu. Vahid komandanlıqdan uzaq olan bəzi əsgərlər dəstələrlə siyasi məsələlərə alət olaraq bir çox yerlərdə qarətlərlə məşğul olurdular. Bəzi qruplar isə Şərq cəbhəsindən geri çəkilərək bütün silah-sursatlarını qoyub qaçırdılar. Həmin bu silahlar da əsasən erməni hərbi birliklərinin əlinə keçirdi. Bu dəstələrin bir hissəsi erməni quldur dəstələri ilə birləşərək türk əsilli əhalinin kəndlərini qarət edir, böyük işgəncələrlə qadın və uşaqları da qətl edirdilər.
Bolşevik ordu rəhbərliyinin 26 dekabr 1917-ci ildə verdiyi əmrə əsasən erməni ordu korpusu yaradıldı. Komandiri türk-müsəlman düşməni general Andranik idi. Təkcə onun komandanlığı altında olan orduda ermənilərin sayı on yeddi mindən artıq idi. Arxalarına hər bir dəstəyi alan ermənilər, mərkəzi İrəvan olmaqla, Ərzurum, Qars, Van, Bitliş, Muş, Naxçıvan və Zəngəzur daxil olmaqla bölgədə bir erməni dövləti yaratmaq üçün öz qüvvələrini səfərbər etmişdilər.
MƏQALƏNİ YÜKLƏ
[169,4 Kb] (yüklənib: 14)
Baxış:
685