Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
G.S.Mirzəyeva
Bakı Mühəndislik Universiteti

TÜRKİYƏNİN ORTA ASİYA SİYASƏTİ

Açar sözlər: Türkiyə, Orta Asiya, əməkdaşlıq, xarici siyasət və s.
Key words: Turkey, Central Asia, cooperation, foreign policy, etc.
Ключевые слова: Турция, Центральная Азия, сотрудничество, внешняя политика и др.

Orta Asiya zəngin geosiyasi vəziyyətə, enerji, mədən qaynaqlarına, strateji xammadə qaynaqlarına sahib olub və Qərb ilə Şərqi birləşdirəcək infrastruktur potensialını əlində saxlamışdır. Bu səbəblə başda böyük dövlətlər olmaqla, regional dövlətlər arasında da cazibədar hala gəlmişdir. [1, səh 96]
Soyuq Müharibənin bitməsilə Orta Asiya dövlətləri müstəqilliklərini qazanmış, lakin, bu proses bərabərində geosiyasi bir boşluq gətirmiş. Bölgənin yenidən qurulmasında yer alan aktorlar gələcək mərhələdə bölgə üzərində təsirini davam etdirmişlər. Bu yöndə, Orta Asiya bölgəsi Türkiyə daxil olmaq üzərə ABŞ-ın, Rusiyanın, və bir çox Qərb ölkələrin çıxar əldə etmə mərkəzinə çevrilmişdir.
Türkiyə qurulduğu dövrdən etbarən xarici siyasətini ―Qərb ittifaqlarında yer almaq" üzrə qurmuşdur. [2.səh1] Soyuq müharibə zamanı geostrateji vəziyyətindən istifadə edərək, siyasətlərini həyata keçirməyə başlamışdır. Soyuq müharibənin bitməsi ilə Avropa daha təhlükəsiz mühütə çevrilirkən, Orta Asiyada hərəkətlilik yaşanmaya başlamışdır.
Orta Asiya dövlətlərinin müstəqilliklərini qazanmaları ilə Türkiyənin xarici siyasətində yeni dövr başlamışdır. Türkiyənin ortaq dil, tarix və mədəni əlaqələrinin olduğu bu ölkələrlə əlaqələri bir çox sahələrdə ortaq mənfəət təməlində inkişaf etmişdir. 1989-1991-ci illərdə SSRİ- istiqamətli siyasət yeridən Türkiyə, SSRİ-nin dağılmasıla Rusiyaya qarşı siyasətlər yeritməyə başladı. Türkiyə ilə Orta Asiya dövlətləri arasındakı əlaqələrdə ilk mərhələdə duyğusal münasibətlər hiss olunsa da, sonrakı mərhələlərdə sırf ―milli mənfəət" əsas götürülməyə başladı.


MƏQALƏNİ YÜKLƏ [239,43 Kb] (yüklənib: 56)

Baxış: 821
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]