Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
S.M.Cabbarlı
Azərbaycan Dillər Universiteti

ALİ MƏKTƏBDƏ İNGİLİS DİLİNİN TƏDRİSİNDƏ QİYMƏTLƏNDİRMƏNİN ƏHƏMİYYƏTİ

Açar sözlər: qiymətləndirmə, təlim prosesi, planlaşdırma, giriş faktorları
Key words: assessment, the process of teaching, planning, input factors
Ключевые слова: оценивание, процесс обучения, планирование, входные факторы

Bu məqalədə bizim əsas məqsədimiz ali məktəbdə qiymətləndirmənin rolunu və vacibliyini tədqiq etməkdir.
G.Loukerin təbiri ilə desək, qiymətləndirmə ali məktəbin dəhlizlərindən başlayır və audotoriyaya daxil olaraq tələbələrə xidmət etməyə can atır [7, səh. 47]. Makfarlaynın məqaləsində qeyd edilmişdir ki, qiymətləndirmə tələbələrin təhsilində vacib rol oynayır [6, səh.160]. Marta L.A.Stassen isə belə hesab edir ki, qiymətləndirmə tələbənin təhsilinin yaxşılaşması üçün məlumatın sistemli şəkildə toplanıb təhlil edilməsidir [12, səh. 5].Bu tərif tələbələrin təhsil prosesində qiymətləndirilməsinin əsas məqsədini əks etdirir. Təhsil zamanı tələbələrin qiymətləndirilməsi müəllimlərə təlimin effektivliyini yoxlamaq imkanı verir. Tələbələrin qiymət vasitəsilə biliklərinin yoxlanılması çox vacibdir, çünki bu yolla həm müəllimlər, həm də tələbələr təlim prosesində nəyə nail olduqlarını öyrənirlər. Qiymətləndirmənin necə aparılması təlimin yaxşı və yaxud pis olmasına səbəb olur və təlimin səthi və yaxud dərin olmasının əsas faktoru hesab edilir [5, səh.98-99]. Tələbələr təlimin fəal üzvünə çevrilən zaman qiymətləndirmə onun bir hissəsinə çevrilir. G.Viggins və C.Maktig qiymətləndirməyə həsr etdikləri ―Understanding by Design" kitabında sinifdə təhsil üçün çərçivələr təklif edirlər və bunu ―Backward Design", yəni geri dizayn adlandırırlar. Onlara görə, qiymətləndirmə sinifdə nə kimi dəyişikliklərin baş verməsi üçün çox vacibdir. G.Viggins və C.Maktigin fikrincə, qiymətləndirmə bu pedaqoji dizaynda elə vacib və əhəmiyyətlidir ki, müəllim və təlim planını tərtib edənlər konkret dərs və ya bölməni tərtib etməmişdən əvvəl ona qiymətləndirici kimi yanaşacaq və beləliklə, tələbələrin planlaşdırılan məqsədə çatıb- çatmadıqlarını öyrənəcəklər [11, səh. 18].


MƏQALƏNİ YÜKLƏ [162,56 Kb] (yüklənib: 23)

Baxış: 720
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]