Sadıqova Nigar Firuz qızı
Bakı Slavyan Universiteti


AZƏRBAYCAN DİLİNDƏ RƏNGLƏRİN MƏNA ÇALARLARI


Açar sözlər: Azərbaycan dili, rənglər, metafora, ağ, qara, qırmızı
Key words: Azerbaijani language, colours, metaphors, white, black, red 
Ключевые слова:азербайджанский язык, цвета, метафоры, белый, черный, красный

Müasir dövrdə rəng anlamı demək olar ki, həm müxtəlif, həm də nisbi ola bilər. Əlbəttə, əsl rəng bildirən sifətləri bura aid etmirik. İstər Şərq, istərsə də qərbdə-bütün xalqların dilində “qırmızı”, “qara”, “yaşıl”, “sarı”, “göy”, “ağ” eyni anlam daşıyır. Rəng çalarlarının adlandırılmasına gəldikdə isə hər bir dildə onlar mürəkkəb sistemə malik olurlar. Dunyada rəng çalarları artdıqca, dildə də müxtəlif rəng çalarlarının adlandırılmasına ehtiyac duyulur. Bu zaman bir predmetin rəngi digəri ilə müqayisə edilərək, bənzədilərək adlandırılır. Məsələn, gümüşü rəng., qəhvəyi rəng,bənövşəyi,narıncı və s.
Rəngin metaforik yol ilə dildə tez - tez işlənməsi nəticəsində o, dilin aktiv leksikasına daxil olaraq rənglər sistemini zənginləşdirir; narıncı, firuzəyi və s. Dildə rəng çalarlarının zənginliyi etnik mədəniyyətin xüsusiyyətlərindən, məişətindən, həyat tərzindən, şəraitindən də bəhrələnə bilər. İnsanların iş fəaliyyətindən asılı olaraq, solğun və ya əksinə, rəng çalarlarının bir dildə üstünlük təşkil etməsi qanunauyğunluq sayıla bilər. Qırmızı rəng azərbaycanlılar üçün toy - bayram rəmzidir. Toy günü el adətinə görə, qırmızı ipəkdən don geyər, qırmızı duvaq salar. Toy camaatı da geyimində al rəngə üstünlük verərlər; xonçalar al - əlvan parçalarla örtülər, gəlin cehizi qırmızı rənglərlə bəzədilər.


MƏQALƏNİ YÜKLƏ [132,34 Kb] (yüklənib: 25)
 

© Jurnalda çap olunan materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected]