Əsədova Fatma Ağası qız
Bakı Slavyan Universiteti
ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ “KURİKULUM” PROQRAMININ TƏTBİQİ VƏZİYYƏTİ
Açar sözlər: kurikulum, ümumtəhsil, tərəqqi, yeni yanaşma, konseptual sənət
Keywords: curriculum, general education, progress, new approach, conceptual art
Kлючевые слова:курикулум, общеобразовательный, процветание, новый подход, концептуальный документ
Hər bir ölkənin tərəqqisi,ilk növbədə həmin ölkədə təhsilin inkişafı ilə bağlıdır. Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən, ilk növbədə, onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, yeganə təminatçısıdır.Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amıllərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın ədəbiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illər müxtəlif mübarizələrdən üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük sərvətimizdir. Ana dilimiz dövlət rəmzimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Müasir Azərbaycanda dil siyasəti və dil quruculuğu sahəsində sistem yaradan, onu uğurla həyata keçirib başa çatdıran ulu öndər Heydər Əliyev, ali və orta məktədə, təhsilə və maarifə daim diqqət yetirirdi. O, dəfələrlə ali məktəb rəhbərlərinin iştirakı ilə müşavirə keçirir, nöqsanları göstərir, təhsilin təkmilləşməsi imkanlarını müzakirə edir və perspektivlər müəyyənləşdirirdi.