Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/28-31
Sevinc Fəxrəddin qızı Hüseynova
Azərbaycan Dillər Universiteti
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ EVFEMİZMLƏRİN MƏNA QRUPLARI
Açar sözlər: evfemizm,arqo, slənq, jarqon,ədəbi dil
Key words: euphemism, argo, slang, jargon, literary language
Ключевые слова: эвфемизм, арго, сленг, жаргон, литературный язык
“Evfemizm” termini yunan mənşəli euphoma sözündən olub, yaxşı, gözəl danışıq, bəlağətli nitq deməkdir və eu (yaxşı, incə) və pheme (danışıq, nitq) mənasını verir.
Evfemizmlərin leksik - semantik mənaları özünə diqqəti çəkən məsələlərdən biridir. Əldə olan mənbələrə əsaslanaraq evfemizmlərin ingilis və Azərbaycan dillərində leksik - semantik məna qruplarına aid aşağıdakı informasiyanı vermək olar:
1. Ailə münasibətilə əlaqədar evfemizmlər.
Ailə münasibətilə bağlı evfemizmlər dilimizdə geniş yayılıb. Bunların da yaranma səbəbini türk xalqlarının mentaliteti, ədəb qaydaları ilə bağlamaq olar. Ailədə kişinin öz arvadını və ya əksinə adı ilə çağırması heç də din ilə bağlı hadisə deyildi. Sadəcə olaraq türk xalqlarında böyüklərin yanında ərin arvadını, eləcə də arvadın ərini adı ilə çağırması yaxşı qəbul edilmirdi.
MƏQALƏNİ YÜKLƏ
[196,89 Kb] (yüklənib: 146)
Baxış:
1 151