Arxiv
2024 DOI: 10.36719/AEM/2007-2019/47/78-80
Cavid Bəhmən oğlu Babayev
Azərbaycan Elm Assosiasiyası
DÜNYA TİCARƏT SİSTEMİ VƏ AZƏRBAYCAN:
MÖVCUD VƏZİYYƏT VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
Açar sözlər: ticarət, xarici ticarət, iqtisadiyyat, beynəlxalq
Key words: trade, foreign trade, economy, international
Ключевые слова: торговля, внешняя торговля, экономика, международный
Ticarət iqtisadiyyatın sahələrindən biridir. Ötən əsrin sonlarında dünyada baş verən siyasi dəyişikliklərin nəticəsində Şərqlə Qərb arasındakı qarşıdurma və gərginlik tədricən aradan qalxdı və beləliklə "soyuq müharibə" başa çatmış oldu. Həmin dəyişikliklərin nəticəsi olaraq bir sıra Şərqi Avropa ölkələri öz dövlət müstəqilliklərini əldə etdilər. Daha sonra ötən əsrin 90-cı illərinin əvvəllərində SSRİ kimi böyük bir imperiyanın dağılması nəticəsində yeni müstəqil dövlətlərin yaranması prosesi başladı. Belə müstəqil dövlətlərdən biri də 1991-ci ilin oktyabr ayının 18-də öz müstəqilliyini qazanmış Azərbaycan Respublikası oldu. Dövlət müstəqilliyinin elan olunmasından sonra dünyanın bir çox dövlətləri Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıdı. Yeni yaranmış müstəqil dövlət kimi Azərbaycan Respublikası bir çox beynəlxalq və regional təşkilatlara daxil olaraq həmin təşkilatlarla və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqə və münasibətlər yaratmağa başlamışdır.
MƏQALƏNİ YÜKLƏ
[180,79 Kb] (yüklənib: 29)
Baxış:
800