Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Gülbəniz NURƏLİYEVA,
 Azərbaycan Dillər Universiteti

İNGİLİS DİLİNDƏ RİTMİK VÄRİATİVLİYƏ DAİR BƏZİ QEYDLƏR

Qeyd etmək lazımdır ki, rİtm linqvistik bir anlayış kimi seqment və surpaseqment vahidlərlə, o cümlədən şəs, heca, söz, söz birləşməsi, cümlə, misra vasitəsilə, başqa sözlə, leksik, sintaktik və prosodik vasitələrlə realizə olunur (8). Ritm əksər hallarda qeyd olunan vahidlərin kombinasiyası ilə özünü təzahür etdirir. Danışıq aktmda ritm seqment vahidlərin zəminində əsasən prosodik vasitələrlə realizə olunur. Danışıq aktı, canlı danışıq təbii olaraq nəfəs alıb-vermə prosesi ilə sıx bağlıdır. Belə ki, danışıq fəaliyyəti, eləcə də ınsanm hər bir digər fəaliyyəti fizioloji faktorlarla şərtlənir və onların arasında bəziləri ritmik səciyyəlidir. Danışıq aktında, canlı danışıqda ritmin ti-pi dillərdən asılı olur. Bu baxımdan hnqvistlər dilləri iki qrupa bölürlər: 1) he-cah ritm tipi; 2) vurğulu ritm. tipi. Hecab ritm tipində danışan şəxs (dil daşıyıcısı) hecaların vurğulu və vurğusuz olmasından asıh olmayaraq, hər bir hecanın tələffüzünə təqribən bərabər vaxt (zaman) sərf edir və bu da dinləyicidə qınq-qınq ritm təəssüratından çox bərabərsəviyyəli ahəstə ritm təssüratı yaradır. Hecalı ritm tipinə fransız, ispan, o cümlədən Azərbaycan dili aid edilir.

MƏQALƏNİ YÜKLƏ [2,13 Mb] (yüklənib: 16)






Baxış: 570
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]