Arxiv
2024 Əfqan MƏMMƏDOV
ÖMÜR YOLU
Nədənsə onunla bn dəfəki söhbətimizdə soz yoldan düşdü. Günümüzün əsas mövzularından olsa da bunun bizim mətləbə dəxli olduğunu zənn etmirdim. Hər halda ilk baxışdan belə görünürdü.
O, isə uzun illərin o tayında qalmış bir şirin əhvalatı gözləri önündə canlandırıb mənə danışmağa başladı.
...1956-cı ilin may ayının son, yazın da gəl-gəl deyən günbmndon biriydi. Məktəbdən çıxıb al-yaşda bürünmüş kəndimizin aralıq yollan ilə evə tələsirdim. Buna görə də yolumu kəsədən salmağa çalışırdım.
İlin bu allı-güllü vədəsində çiçək-çiçəyi çağırsa da, yal- yamaclardan əsib gələn sərin yaz mehi üz-gözümü oxşasa da qəlbimə bir narahatlıq, həyəcan qarışıq qəribə hisslər dolmuşdu. Həb bərkiməmiş çiyinlərimdən, elə bil, ağır yük sallanırdı. Axı, qabaqdan həm buraxılış, həm do qəbul imtahanları gəlirdi.
Bu yükün altından çıxmaq üçün ürəyimdə Tanrıdan özümə təpər, dözüm diləyir, həm do tövsiyə edirdim ki, ayə, kitabdan-dəftərdən möhkəm yapış.
MƏQALƏNİ YÜKLƏ
[1,1 Mb] (yüklənib: 11)
Baxış:
577