DOI: 10.36719/AEM/2007-2019/49/113-116
Aytac Vazeh qızı Tağıyeva
Bakı Dövlət Universiteti 

COĞRAFİYANIN MÜASİR TƏDRİSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ
TƏQDİM OLUNMA FORMALARININ MÜXTƏLİFLİYİ

Açar sözlər: Azərbaycan coğrafiyası, vətənpərvərlik, motivasiya, tədqiqat, qiymətləndirmə, tətbiq, xəritə,   təlim, təhsil
Key words: Azerbaijan geography, patriotism, motivation, research, evaluation, application, map, training, education
Ключевые слова: География Азербайджана, патриотизм, мотивация, исследование, оценка, применение, карта, обучение, образование 

Bu gün təhsil müəssisələrinin qarşısında duran əsas məqsəd savadlı, dünyagörüşlü, yaradıcı, yüksək mədəniyyət, mənəviyyat və vətənpərvərlik hissinə malik olan gənclər yetişdirməkdir. Bu gün deyə bilərik ki, təhsil nəinki ölkədaxili ziyalı mühitin formalaşmasına xidmət edir, uyğun olaraq beynəlxalq aləmdə də ölkənin rolunu müəyyən edən əsas amillərdən biri kimi öz ağırlığını saxlayır. Azərbaycanda dövlət müstəqilliyi qazanıldıqdan sonra bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ardıcıl və məqsədyönümlü islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının təhsil sistemində islahatların apardığı müasir zaman kəsiyində Azərbaycan coğrafiyasına olan münasibət xeyli dəyişmişdir. Beləliklə, Azərbayan coğrafiyası Ümumtəhsil məktəblərinin təkcə VIII sinifində deyil, ayrı-ayrı mövzuların tərkibində VI sinifdən XI sinfə qədər tədris olunur. Bununla da ölkəmizin coğrafiyası şagirdlərə coğrafiyanın müxtəlif bölmələri ilə paralel şəkildə tədris olunur. Bu yeniliyin əhəmiyyəti ondan ibarətdir ki, ölkəmizin təbiəti, təbii ehtiyyatları, əhalisi və iqtisadi inkişaf meylləri vəhdət şəklində varislik prinsipinə uyğun olaraq tədris olunur. 

MƏQALƏNİ YÜKLƏ [189,8 Kb] (yüklənib: 6)
© Jurnalda çap olunan materiallardan istifadə edərkən istinad mütləqdi.
Ünvan: AZ1073. Bakı ş., Yasamal r-nu,
              Mətbuat pr., 529-cu məhəllə “Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    (+994 12) 510 63 99
Mob.: (+994 50) 209 59 68
           (+994 55) 209 59 68
www.aem.az
E-mail: [email protected]