Arxiv
2024 2023 2022 2021 2020 2019 2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 Arxiv
Rəşad Fikrət oğlu Seyidov
Sumqayıt Dövlət Universteti

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ 
SİYASƏTİNDƏ ERMƏNİSTAN MƏSƏLƏSİ

Açar sözlər: Azərbaycan, Ermənistan, Türkiyə, İrəvan, Andronik, ərazi, terrorçuluq
Key wordsAzerbaijan, Armenia, Turkey, Yerevan, Andronicus, area, terrorism
Anahtar kelimeler: Azerbaycan, Ermenistan, Türkiye, Andranik, bölge, terörizm

Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən qonşu ölkələrlə dinc münasibətlərin qurulması istiqamətində fəaliyyətə başlamışdı. Digər qonşu ölkələrdən fərqli olaraq Ermənistan ilə münasibətlər ermənilərin təcavüzkarlıq siyasətinin nəticəsi olaraq getdikcə gərginləşirdi. Türkiyənin I Dünya Müharibəsindəki məğlubiyyəti ermənilərin yenidən Azərbaycan və Türkiyə ərazisində fəallaşmasına səbəb oldu. “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq ideyalarını daha açıq şəkildə ortalığa qoyaraq mübarizəni genişləndirdilər. Y.V.Çəməzəmənli bu haqda yazırdı: “böyük Ermənistan xəritəsini gördüm. 3 dənizin ortasında təşəkkül edəcəkmiş. Ağ, Qara və Xəzər dənizlərinin ortasında. Xəritəyə Salyan, Lənkəran, Gəncə və başqa şəhərlər də daxil edilmişdi” [5, 37]. Cümhuriyyət qurulmamış ermənilərin törətdikləri qırğınlar Cümhuriyyət qurulduqdan sonra da davam etdirilirdi. Ermənilər Qarabağın dağlıq hissələrinə, Zəngəzur və Naxçıvana iddia edirdilər.

MƏQALƏNİ YÜKLƏ [152,01 Kb] (yüklənib: 34)

Baxış: 746
Ünvan:
AZ1073. Bakı ş., Yasamal r-nu,
Mətbuat pr., 529-cu məhəllə
“Azərbaycan” nəşriyyatı, 6-cı mərtəbə
Tel.:    +994 12 510 63 99
Mob.: +994 50 209 59 68
           +994 55 209 59 68
© 2019 AEM
E-mail:
[email protected], [email protected]